Bakıda Azərbaycan, İranRusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib  

 

Aprelin 7-də Bakıda Azərbaycan, İran Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.

 

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak ediblər.

 

Nazir Elmar Məmmədyarov bu formatda keçirilən görüşlərin ölkələrimiz arasında ikitərəfli üçtərəfli əsasda münasibətlərin daha da inkişafına təkan verəcəyini diqqətə çatdırıb. O, xüsusilə dövlətlərimiz arasındaŞimal-Cənublayihəsinin inkişafı, enerji, nəqliyyat digər sahələrdə əlaqələrin genişlənməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb. Bildirilib ki, görüşdə nazirlər digər sahələr üzrə əməkdaşlıq əlaqələrinin inkişafı məsələlərini müzakirə ediblər.

 

Elmar Məmmədyarov, eyni zamanda, həmkarlarını son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələrlə bağlı məlumatlandırıb. Qeyd edib ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə qoşunların təmas xəttində təxribatlar törətməklə, dinc əhalini hədəfə almaqla vəziyyətin gərginləşməsinə, münaqişənin siyasi yolla həllinin çətinləşdirilməsinə çalışır. Ermənistan bu günədək irəli sürülən bütün təkliflərin icrasına maneə olmağa çalışıb.

 

Nazir bir daha vurğulayıb ki, danışıqlar konstruktiv məcrada davam etdirilməlidir. Ermənistan tərəfi BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq silahlı qüvvələrini Azərbaycan torpaqlarından çıxarmalıdır. Münaqişənin həlli yalnız Azərbaycanın suverenliyi ərazi bütövlüyü çərçivəsində mümkündür.

 

Görüşdə ölkələrin regional beynəlxalq məsələlər üzrə dialoq qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsinə töhfə verəcək xarici işlər nazirlərinin üçtərəfli formatda görüşünün vacibliyi vurğulanıb.

 

Tərəflər bərabərlik, qarşılıqlı hörmət bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərarası münasibətləri daha da inkişaf etdirmək gücləndirmək barədə razılığa gəliblər.

 

Xarici işlər nazirləri Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə beynəlxalq hüququn ümumqəbulolunmuş norma prinsiplərinə sadiqliklərini təsdiq ediblər. Bu kontekstdə onlar, həmçinin regiondakı münaqişələrin həllinin asanlaşdırılmasına dair qərarlı olduqlarını vurğulayıblar.

 

Tərəflər regional sabitlik təhlükəsizliyə yeni çağırış təhdidlərlə mübarizənin gücləndirilməsinin vacibliyini qeyd ediblər, bununla əlaqədar olaraq terrorçuluq, ekstremizm transmilli mütəşəkkil cinayətkarlıq narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə sıx fəaliyyət göstərməyə hazırlıqlarını ifadə ediblər. Onlar iqtisadiyyat, enerji, nəqliyyat, infrastruktur, mədəniyyət, turizm, biznes, gənclər mübadiləsi, eləcə konsulluq gömrük sahələrində üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi üç ölkənin regionları əyalətləri arasında təmasların təşviq edilməsi barədə razılığa gəliblər.

 

Xarici işlər nazirləri ticari-iqtisadi əməkdaşlığın bərabərhüquqlu qarşılıqlı fayda prinsipləri əsasında təşvıqinin zəruriliyini vurğulayıblar. Sərmayə layihələrinin reallaşdırılması yeni texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması üzrə maraqlarını ifadə ediblər.

 

Tərəflər Xəzər dənizinin sülh, dostluq, təhlükəsizlik əməkdaşlıq dənizi kimi qorunub saxlanılmasına yönəlmiş hərtərəfli səyləri davam etdirməyə əzmli olduqlarını təsdiq ediblər. Onlar Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın ən qısa müddətdə yekunlaşmasına dair razılığa gəliblər.

 

Nazirlər etiraf ediblər ki, təhlükəsiz etibarlı alternativ tranzit dəhlizləri regionun inkişafı üçün yeni imkanlar yaradılmasına xidmət edəcək onların xalqlarının rifahına töhfə verəcək. Tərəflər bazar iqtisadiyyatı, azad rəqabət qarşılıqlı fayda prinsipləri əsasında avtomobil dəmir yolu, dəniz nəqliyyatının yüklərin daşınma vasitələrinin şaxələndirilməsinə sadiqliklərini təsdiq ediblər. Xarici işlər nazirləri Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üzrə layihələrin daha da təşviqi dəstəklənməsinin vacibliyini qeyd ediblər.

 

Tərəflər sahəvi qurumlar təşkilatlar formatında yuxarıda qeyd edilən istiqamətlərin müzakirəsi mövzusunda razılığa gəliblər.

 

Nazirlər öz ölkələrinin dövlət başçılarının təlimatına uyğun olaraq, birinci zirvə toplantısının hazırlanmasına dair müzakirələrin başlanması ilə bağlı razılıq əldə ediblər.

 

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

 

 

  AZƏRTAC

Azərbaycan.- 2016.- 8 aprel.- S.3.