Azərbaycan haqq mövqeyindən geri çəkilməyəcək

 

 

Azərbaycanın qüdrətli Silahlı Qüvvələrə malik olmasına işğalçı tərəf aprelin 1-dən 5-dək cəbhəboyu ərazidə aparılan uğurlu hərbi əməliyyatlar zamanı bir daha şahid oldu. Düşmənin təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində cavab tədbirlərinin görülməsi nəticəsində erməni qüvvələri böyük sayda itki verərək geri çəkildilər.

Ermənistan silahlı qüvvələrinin ağır hərbi texnikadan istifadə etməklə təmas xəttində təxribat xarakterli hərəkətlər etməsi işğalçı dövlət rəhbərliyinin açıq-aşkar danışıqlar prosesini pozmaq niyyətini bir daha göstərdi. Yüksək döyüş ruhuna malik Azərbaycan Ordusunun böyük peşəkarlığı sayəsində düşmən qüvvələri pərən-pərən salındı. Azərbaycan oğullarının öz doğma torpaqları uğrunda apardıqları uğurlu əməliyyatlar hər bir azərbaycanlıda, xüsusən də gənclərimizdə böyük qürursevinc hissləri doğurdu. Qüdrətli Azərbaycan Ordusunun cəbhə xəttində həyata keçirdiyi təxribatlara verdiyi kəskin cavabbir çox tarixi ərazilərimizin geri qaytarılması Azərbaycan gəncliyində yüksək əhvali-ruhiyyə yaradıb.

Güclünizami ordumuz düşmənin bütün təxribatlarına layiqli cavab verir. Cəbhə xəttində hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun davamlı uğurlar qazanması Ermənistanda böyük təşvişə səbəb olubindi hər kəs ölkədən necə qaçmaq haqqında düşünür. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun göstərdiyi rəşadət işğalçı ölkəni yasa bürüyüb. Ermənistan başa düşməlidir ki, Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılmadığı təqdirdə daha ağır zərbələrə məruz qalacaq.

Azərbaycan qısa bir zamanda müstəqillik qazanmasına baxmayaraq, hazırda Avropa dövlətlərindən də üstün bir ordu yaradıb. İnsanların orduya güvəni, inamı məhz Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsidir. Bu gün artıq bizlər qələbə duyğularını yaşamağa başlamışıq. Azərbaycanlı və bu ölkənin vətəndaşı olduğumuz üçün, eləcə də cənab Prezident İlham Əliyevin bir əsgəri olduğumuz üçün fəxr edirikbununla qürur duyuruq.

Bu gün Azərbaycanın orta yaşlı insanları, gəncləri vətənpərvərlik nümayiş etdirərək Vətən uğrunda döyüşməyə hazırdırlar. Yeni Azərbaycan Partiyasının 300 minə yaxın gənci dövlət başçısının əmri ilə birbaşa səngərlərə getməyə, döyüşə hazırdırlar. Bu günlərdə YAP gəncləri ilə geniş tərkibdə görüş keçirildi. Gənclərimizdə yüksək əhvali-ruhiyyə müşahidə olunur. Azərbaycanın qüdrətli Silahlı Qüvvələri ilə yanaşı, Yeni Azərbaycan Partiyasının hər bir üzvü də müsəlləh əsgər kimi vuruşmağa hazırdır. Heç şübhəsiz ki, ölkəmizin təhlükəsizliyinin keşiyində dayanan ordu ilə yanaşı, 700 mindən çox Azərbaycan vətəndaşını birləşdirən digər bir ordusu da var ki, onun adı Yeni Azərbaycan Partiyasıdır.

Əlbəttə ki, ölkə başçısının ifadə etdiyi kimi, Azərbaycan müharibə istəmir, amma işğal olunmuş torpaqlarını azad etmək fikrindən heç zaman daşınmayıb və daşınmayacaq. Azərbaycanın işğal olunmuş torpaqları azad olunmayınca, təbii ki, ölkəmizin vətəndaşları da sakit həyatları ilə yanaşı, eyni zamanda, o torpaqları azad etməyə həmişə hazır olduqları fikrini də ifadə edəcəklər. Çox qürurlu haldır ki, Azərbaycan Ordusu üzərinə düşən vəzifəni yerinə yetirməyə qadir olduğunu göstərdi.

Ulu öndərin ordu quruculuğu siyasətini yeni dövrün tələbləri səviyyəsində inamla davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 13 ildə bu məqsədlə bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Nizami ordu Azərbaycan dövlətinin mövcudluğunun əsas təminatlarından birinə çevrilməklə ona dünya miqyasında maraq və mənafeyini, milli təhlükəsizliyini lazımi səviyyədə qorumaq, müstəqil siyasət yeritmək imkanı yaradır. Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin sosial rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və avadanlıqlarla təchiz edilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunu bir daha təsdiqləyir. Orduya diqqət və qayğının ən bariz təcəssümü özünü büdcə xərclərinin dinamik artımında göstərir. “Azərbaycan Ordusunun hərbi xərcləri işğalçı Ermənistanın dövlət büdcəsindən çoxdur” - deyən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu vədini də əməli surətdə gerçəkləşdirmişdir. Çünki ordu quruculuğu münaqişənin həlli prosesində dönüş yaratmaq imkanına malik ən vacib amillərdən biridir ki, Azərbaycan bu sahədə də kifayət qədər böyük uğurlar qazanmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycandan hələ də güzəşt umanlara sərt mesaj ünvanlayaraq bildirmişdir: “Sirr deyildir ki, Azərbaycan başqa sahələri inkişaf etdirdiyi kimi, hərbi sahəyə də böyük diqqət göstərir. Bu bizim təbii yanaşmamızdır. Çünki Azərbaycan müharibə şəraitindədir. Müharibə bitməyib, müharibənin birinci mərhələsi başa çatıbdır. Biz elə etməliyik ki, istənilən anda torpaqlarımızı hərbi yolla azad edə bilək”.

Prezident İlham Əliyev ölkəmizin müdafiə potensialının qüdrətlənməsi istiqamətində ötən müddətdə böyük işlər həyata keçirmişdir. Ölkənin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca orduya ayrılan vəsaitin həcmi də buna adekvat olaraq yüksəldilir. Azərbaycan tərəfinin son günlər cəbhədə böyük uğurlar qazanması deməyə əsas verir ki, işğalçı Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkərək Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir. “Status-kvonun dəyişdirilməsi üçün əsl vaxtdır. Əks-təqdirdə, təcavüzkar Ermənistan dövləti qüdrətli Azərbaycan Ordusu tərəfindən layiqli cavabını alacaq və torpaqları boşaltmaq məcburiyyətində qalacaq.

 

Seymur ORUCOV,

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri

Azərbaycan.- 2016.- 8 aprel.- S4.