Gəncə şəhidini torpağa tapşırdı

 

 

Qoşunların təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun zabiti, 33 yaşlı İntiqam Quliyev Gəncənin Şəhidlər xiyabanında torpağa tapşırıldı.

Cəbhənin Ağdərə rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində həlak olan İntiqam Quliyevi dəfn etmək üçün minlərlə şəhər sakini gəlmişdi. Şəhidin dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, şəhidin xidmət etdiyi hərbi hissənin komandirləri və İntiqam Quliyevin ailə üzvləri iştirak edirdilər.

Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək kapitan İnqilab Çingiz oğlu Quliyevin Azərbaycan Ordusunun təmas xəttində göstərdiyi şücaətdən danışdı. Bildirdi ki, onun iştirak etdiyi uğurlu əməliyyatlar nəticəsində strateji əhəmiyyətli bir neçə yüksəklik düşməndən azad edilib.

Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz”, “Torpaq, uğrunda ölən varsa, Vətəndir”, “Hər birimiz Mübarizik” şüarları səsləndirildi. Cənazə namazı qılındıqdan onra şəhidin ruhuna dualar oxundu. Sonra Azərbaycan Respublikasının dövlət himninin sədaları və əsgərlərin yaylım atəşi altında İntiqam Quliyev torpağa tapşırıldı.

 

Sabir ƏLİYEV

Azərbaycan.- 2016.- 8 aprel.- S.5.