Bu qan
yerdə qalmayacaq
Şulan Bayram oğlu Bayramov “N” saylı hərbi hissənin əsgəri idi. Bir neçə
gündən sonra tərxis olunacaqdı.
Lakin erməni təxribatına
qarşı gedən döyüşlərdə düşmən
gülləsinə tuş
gəldi.
Dünən Sumqayıtda onun vida mərasimi keçirildi. 13-cü mikrorayonda yaşadığı
evin hər tərəfi insan axını ilə dolu idi. “Yaşasın Azərbaycan!”,
“Şəhidlər ölməz,
Vətən bölünməz!”,
“Keç səngəri,
Azərbaycan əsgəri!”,
“Vətən sənlə
qürrələnir, şəhid
övlad!”
şüarları
dalğa-dalğa ətrafa
yayılırdı.
Əvvəlcə şəhidin əmisi Akif Bayramova yaxınlaşdıq. Göz yaşlarını silib dedi:
- Şulan 1996-cı ildə
anadan olub. Özümüz əslən Qərbi Azərbaycandanıq. Bəlkə də
Şulan buna görə yaşlı insanlardan eşitdiyi sözləri tez-tez işlədib deyərdi ki, ermənilər həmişə bizdən
qorxublar. Vaxt gələr,
onların bizim torpaqlarımızda izi-tozu
qalmaz. Mən də bu fikirdəyəm. İndi buna
daha çox əminəm. Bu qan yerdə qalmayacaq.
SOCAR “Azərkimya” İstehsalat Birliyinin mühəndisi Həmid Quliyev söhbətə qoşuldu:
- Mən keçmiş hərbçiyəm. Lazım gələrsə,
mən və mənim kimi minlərlə gənc cəbhəyə getməyə
hazırıq. Müharibəyə gəldikdə, hamı bilir ki, o, qurbansız
olmur. Təsəllimiz ondadır ki,
apardığımız mübarizə
ərazilərimizin azad
olması ilə bitəcək. Çünki bizim işimiz haqq işidir. Biz bu borcu yerinə yetirməliyik.
Şulan
öz borcunu şərəflə yerinə
yetirdi.
Bir qədər sonra şəhidin cənazəsi alqış sədaları altında Şəhidlər xiyabanına dəfn olunmaq üçün yola salındı. Şəhidlər xiyabanında din xadimlərinin duaları altında torpağa tapşırıldı. Yaylım atəşi açıldı. Məzar başına toplaşanlar Dövlət himnimizi oxudular.
Akif ƏLİYEV
Azərbaycan.- 2016.- 8 aprel.- S.5.