Hikmət
Çətin: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz
qaytarmalıdır
Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz geri qaytarmalıdır.
Bu fikir Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, sabiq xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Hikmət Çətinin son günlər Ermənistan silahlı qüvvələri bölmələrinin təxribatları nəticəsində Azərbaycanla təmas xəttində yaranmış gərginliklə əlaqədar bəyanatında yer alıb.
Hikmət Çətin bəyanatda erməni təxribatının qarşısının alınması, əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən həyata keçirilən cavab tədbirlərində şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə, ümumilikdə Azərbaycan xalqına başsağlığı verib.
Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın və ona bitişik yeddi rayonun Ermənistanın işğalı altında olduğunu bildirən Hikmət Çətin bir milyondan çox qaçqın və məcburi köçkünün doğma yurdlarından didərgin düşdüyünü vurğulayıb. O, Ermənistan dövlətinin təcavüzkarlıq siyasətinin davam etdiyi müddətdə Cənubi Qafqaz regionunda sülhün və stabilliyin təmin olunmayacağını qeyd edib. Bildirib ki, münaqişə sülh yolu ilə həll olunmadığı təqdirdə hər an toqquşma və böhran təhlükəsi yarana bilər.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
mərhələli şəkildə və sülh
yolu ilə həll olunmasının vacibliyini qeyd edən
H.Çətin vurğulayıb ki, Ermənistan
silahlı qüvvələri bunun üçün ilk
növbədə heç bir
şərt irəli sürmədən Azərbaycanın
tarixi torpaqları olan
7 rayonu tərk etməlidir. Dağlıq
Qarabağın statusu və gələcəyi
isə yalnız Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində müəyyənləşdirilməlidir.
AZƏRTAC
Azərbaycan.- 2016.- 8 aprel.- S.6.