“Dövlət rüsumu haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2016-cı il 28
oktyabr tarixli 379-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli
379-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə
əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1.
Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının “Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin qanuna
uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3.
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını
nəzarətdə saxlasın və bunun icrası barədə
beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4.
həmin qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların “Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 noyabr
2016-cı il
Azərbaycan.- 2016.- 1 dekabr.- S.3.