Almaniya Federativ Respublikasının Federal Kansleri Zati-aliləri xanım Angela Merkelə

 

Hörmətli xanım Federal Kansler,

Berlində törədilmiş qanlı terror aktı nəticəsində həlak olanlar yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, dinc insanlara qarşı yönəlmiş bu qəddarlıq əməlini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizədə birgə səylər göstərilməsini vacib hesab edirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə yaxınlarına, bütün Almaniya xalqına öz adımdan Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara xəsarət alanlara şəfa diləyirəm.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 20 dekabr 2016-cı il.

 

Azərbaycan.-2016.- 21 dekabr.- S.1.