“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 26-cı bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 139-VQD nömrəli Qanununun tətbiqi ilə bağlı qərara alır:

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, ¹ 23, maddə 1013; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 1, maddə 6, ¹ 3, maddə 226, ¹ 4, maddə 280; 2000, ¹ 7, maddə 489; 2001, ¹ 11, maddə 686, ¹ 12, maddə 736; 2002,  ¹ 5, maddələr 241, 248; 2003, ¹ 1, maddələr 1, 16, ¹12, I kitab, maddə 673; 2006, ¹ 8, maddə 657; 2007, ¹ 8, maddə 745, ¹10, maddə 938; 2008, ¹ 2, maddə 49, ¹ 5, maddə 348; 2010, ¹ 4, maddə 276; 2013, ¹ 11, maddə 1283; 2014, ¹ 4, maddə 333,  ¹ 10, maddə 1156) aşağıdakı dəyişikliklər edilsin:

1. Preambulanın birinci hissəsinə “orqanları” sözündən sonra “və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar (bundan sonra - qurumlar)” sözləri əlavə edilsin.

2.2-ci maddənin 3-cü hissəsində “bəndlərində” sözü “hissələrində” sözü ilə əvəz edilsin.

3.3-cü maddənin 2-ci hissəsinə “orqanlarının” sözündən sonra “və qurumların” sözləri əlavə edilsin.

4. 6-cı maddənin 1-ci hissəsinin on dördüncü bəndində “orqanların” sözü “qurumların” sözləri ilə əvəz edilsin.

5.12-ci maddənin 4-cü hissəsində “orqanların” sözü “qurumların” sözü ilə əvəz edilsin və həmin hissəyə hər iki haldaorqanlar” sözündən sonra “, qurumlarsözü əlavə edilsin.

6.13-cü maddə üzrə:

6.1. adında və 1-ci hissəsinin birinci bəndinin birinci cümləsində “dövlət nəzarəti” sözləri “nəzarət” sözü ilə əvəz edilsin;

6.2. 1-ci hissənin birinci bəndinin ikinci cümləsində “orqanlarsözüorqanqurumlar” sözləri ilə əvəz edilsin;

6.3. 1-ci hissənin ikinci bəndində “dövlət nəzarət orqanlarının” sözləri “orqanların (qurumların)” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 noyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 28 dekabr.- S.6.