Braziliya Federativ Respublikasının
Prezidenti Zati-aliləri
cənab Mişel Temerə
Hörmətli cənab Prezident,
Kolumbiyada sərnişin təyyarəsinin
qəzaya uğraması
nəticəsində həmvətənlərinizin
həlak olması xəbəri məni son dərəcə kədərləndirdi.
Bu faciə ilə
əlaqədar Sizə,
həlak olanların ailələrinə və
yaxınlarına, bütün
Braziliya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı
verir, yaralananlara şəfa diləyirəm.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 30 noyabr 2016-cı il.
Azərbaycan.- 2016.- 1 dekabr.- S.3.