Türkiyə
Respublikasının Prezidenti Zati-aliləri
cənab Rəcəb Tayyib Ərdoğana
Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Adana vilayətinin Aladağ rayonunda şagird yataqxanasında baş vermiş yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 30 noyabr 2016-cı il.
Azərbaycan.- 2016.- 1 dekabr.- S.3.