Azərbaycan XV Berlin Təhlükəsizlik
Konfransında təmsil
olunub
Noyabrın 29-30-da Almaniyanın paytaxtında
XV Berlin Təhlükəsizlik Konfransı keçirilib.
Konfransda Azərbaycan Respublikasını
daxili işlər naziri Ramil Usubovun
başçılıq etdiyi
nümayəndə heyəti
təmsil edib. Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov da tədbirdə iştirak edib.
Konfransda Avropa Parlamentinin, Avropa Xarici Fəaliyyət Xidmətinin təmsilçiləri,
eləcə də Almaniya, Fransa və Avropanın bir sıra ölkələrinin
təhlükəsizlik və
müdafiə məsələləri
ilə məşğul
olan qurumlarının
rəhbər işçiləri,
müdafiə sənayesi
müəssisələrinin, Berlində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri
və mətbuat təmsilçiləri iştirak
ediblər.
Tədbir zamanı Avropa İttifaqı qarşısında
duran təhlükəsizlik
çağırışlarına birgə cavab verilməsinin, xüsusilə
Şengen zonasına daxil olan ölkələrdə
təhlükəsizlik və
müdafiə məsələlərinin
tənzimlənməsi istiqamətində
mühüm addımların
atılmasının vacibliyi
qeyd olunub. Avropa İttifaqının
vahid təhlükəsizlik
və müdafiə siyasətinin həyata keçirilməsindən bəhs
olunub, təhlükəsizliyin
təmin edilməsi və bu baxımdan
beynəlxalq terrorizmə
qarşı mübarizənin,
habelə digər sahələrdə birgə
əməkdaşlığın daha da gücləndirilməsinin
labüd olduğu vurğulanıb. Eyni zamanda,
Avropa İttifaqı Şurasının dekabr ayında nəzərdə
tutulmuş iclası ərəfəsində Almaniya
ilə Fransa, habelə NATO ilə Avropa İttifaqı arasında təhlükəsizlik
və müdafiə sahəsində daha səmərəli əməkdaşlıq
məsələsi geniş
müzakirə mövzusu
olub.
AZƏRTAC
Azərbaycan.-
2016.- 1 dekabr.- S.7.