ABŞ Azərbaycanı
güclü tərəfdaş ölkə
kimi qəbul edir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də
ABŞ-ın ticarət nazirinin Avropa, Orta Şərq və
Afrika üzrə müşavirinin müavini Maykl Lallinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.
AZƏRTAC xəbər verir ki, görüşdə iştirak edən ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ölkələrimiz arasında iqtisadi əlaqələrə toxunaraq enerji sahəsində uğurlu əməkdaşlıq həyata keçirildiyini vurğuladı. Səfir bu gün Bakıda keçirilən ilk Azərbaycan-ABŞ biznes forumunun əhəmiyyətini qeyd edərək bu tədbirin ölkələrimiz arasında biznes əlaqələrinin qurulması üçün yaxşı imkanlar yaratdığını dedi. O, bu forumda əsas məqsədlərdən birinin Azərbaycanın üzləşdiyi çağırışların həlli yollarının müzakirəsindən ibarət olduğunu bildirdi. Səfir dünyada neftin qiymətinin kəskin dəyişməsinin də iqtisadi vəziyyətə təsir etdiyini vurğuladı. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 25 il keçdiyini vurğulayan səfir bu illərdə Azərbaycanın ABŞ üçün güclü tərəfdaş ölkə olduğunu bildirdi və ölkəsinin Azərbaycanda baş verən bütün müsbət dəyişiklikləri yüksək qiymətləndirdiyini dedi.
Ölkələrimiz arasında iqtisadi əlaqələrə toxunan Prezident İlham Əliyev energetika sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini, mühüm enerji layihələrinin sürətlə həyata keçirildiyini qeyd edərək hazırkı şəraitdə əsas diqqətin qeyri-neft sahəsində də əməkdaşlığa yönəldilməsinin önəmini vurğuladı və ABŞ ilə ölkəmizin qeyri-neft sektorunda daha fəal əməkdaşlığının həyata keçirilməsinin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı ABŞ-ın Azərbaycanın qeyri-neft sektoruna daha çox investisiya qoymasında ölkəmizin maraqlı olduğunu dedi və daha çox praktiki nəticələrin əldə edilməsinin vacibliyini bildirdi. Bu baxımdan Prezident İlham Əliyev ABŞ-ın orta və kiçik sahibkarlıqla məşğul olan şirkətlərinin Azərbaycanı daha çox tanımaları ilə bağlı təqdimatların keçirilməsinin önəmini qeyd etdi.
ABŞ ticarət nazirinin
Avropa, Orta Şərq
və Afrika üzrə müşavirinin
müavini Maykl Lalli ABŞ-ın Azərbaycandakı səfirliyində
çalışdığı illəri məmnunluqla
xatırladı. Maykl Lalli
ABŞ-ın ticarət naziri Penni Pritzkerin
salamlarını dövlətimizin başçısına
çatdıraraq onun Azərbaycan-ABŞ biznes əlaqələrinə Prezident
İlham Əliyevin verdiyi
dəstəyi yüksək qiymətləndirdiyini dedi. O, həmçinin Penni
Pritzkerlə Prezident İlham
Əliyev arasında görüşün
çox konstruktiv
şəkildə keçdiyini
vurğuladı.
Azərbaycan.- 2016.- 2 dekabr.- S.1.