Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli
421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan
istifadəyə və onların mühafizəsinə Dövlət
nəzarəti haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 11, maddə 797; 2001, ¹ 12, maddə 755; 2006, ¹ 8, maddə 660; 2016, ¹ 2, (II kitab), maddə 244) ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin 9.5-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“9.5. torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) hallarının qarşısının alınması üçün tədbir görülməsini, bu hallar barədə Azərbaycan Respublikasının daxili işlər orqanlarına məlumat verilməsini təmin edir;”.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
1 dekabr 2016-cı il
Azərbaycan.- 2016.- 3 dekabr.- S.3.