“Yerli
(bələdiyyə) vergilər və ödənişlər
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli 227-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
Maddə 1. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 4, I kitab, maddə 155; 2008, ¹ 6, maddə 462; 2014, ¹ 8, maddə 955) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5.1-ci maddəyə “habelə” sözündən sonra “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda” sözləri əlavə edilsin;
1.2. 8.0.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi;”.
Maddə 2. Bu qanun 2017-ci ilin 1 yanvar tarixindən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
14 oktyabr 2016-cı il
Azərbaycan.- 2016.- 3 dekabr.- S.3.