Azərbaycan təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub

 

Dekabrın 2-də Bakıda Təhsil Nazirliyinin Akkreditasiya Nostrifikasiya İdarəsinin təşkilatçılığı iləTəhsilin keyfiyyətinin təmin edilməsində akkreditasiyanın rolumövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil üzrə yerli beynəlxalq ekspertlər, xarici akkreditasiya qurumlarının nümayəndələri iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, konfransın keçirilməsinin məqsədi təhsildə keyfiyyətin idarə olunması, akkreditasiya sahəsində qarşıya çıxan çətinliklər uğurlu təcrübələr ətrafında fikir mübadiləsi aparmaq, əməkdaşlıq perspektivlərini müzakirə etməkdir. Nazir, həmçinin təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələrdən, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası ilə bağlı görülən işlərdən, təhsildə keyfiyyətin təminatı üçün innovativ yanaşmaların əhəmiyyətindən akkreditasiyanın rolundan danışıb.

Nazir diqqətə çatdırıb ki, müasir Azərbaycanda müşahidə olunan siyasi sabitlik, iqtisadi tərəqqi, həyata keçirilən sosialyönümlü siyasət ölkəmizdə təhsilin inkişafı üçün möhkəm bünövrə rolunu oynayır. Son illərdə təhsilin maddi-texniki normativ-hüquqi bazasının təkmilləşdirilməsi məqsədilə Azərbaycanda 10-dan çox dövlət proqramı həyata keçirilib, təhsilin məzmunu yenilənib, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib. Ölkəmizin qarşıdakı illərdə sosial-iqtisadi mədəni inkişaf yollarını müəyyənləşdirənAzərbaycan 2020: gələcəyə baxışİnkişaf Konsepsiyasında ənənəvi iqtisadiyyatdanbilik iqtisadiyyatı”na keçidin əsasının qoyulması, bunun üçün həlledici amil olan insan kapitalının inkişafının ön plana çəkilməsi nəzərdə tutulub.

Təhsilin əhatəliliyinin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışan M.Cabbarov Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyasına ilk dəfə 2004-cü ildə başlandığını bununla bağlı iki dəfə - 2004-cü 2010-cu illərdə tənzimləyici qaydaların qəbul olunduğunu deyib. Hökumətin qərarı ilə 2015-ci il noyabrın 18-də Təhsil Nazirliyinin Akkreditasiya Nostrifikasiya İdarəsi yaradılıb. İdarənin formalaşdırılması ilə paralel olaraq tənzimləyici sənədlər üzərində işə başlanılıb.

Nazir yeni akkreditasiya qaydalarının Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar təlimatlar sənədinə əsaslandığını bildirib. Vurğulanıb ki, sənədin hazırlanmasına Finlandiyanın FINNEC Estoniyanın EKKA akkreditasiya agentliklərinin ekspertləri cəlb olunublar. M.Cabbarov deyib: “Hazırda akkreditasiyanın vacibliyini artıran bir neçə mühüm səbəb var. Ən vacib məqam Azərbaycan təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya etdiyi bir dövrdə bu sahədə liberallaşmanın davam etdirilməsidir. Bu yolla ali digər təhsil müəssisələrinin muxtariyyətinin rolunun artırılması gündəmə gəlir. Keyfiyyətin təminatı mexanizmləri getdikcə daha mühüm rol oynamağa başlayır. Bu baxımdan yalnız xarici yaxud kənar akkreditasiyadan istifadə olunmasında deyil, həmçinin daxili akkreditasiya alətlərinin inkişafında maraqlıyıq”.

Ölkəmizdə təhsilin elmin inkişafına göstərilən dövlət qayğısından danışan, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin elm təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli bildirib ki, müvafiq sahələrin inkişafına nail olmadan ölkənin hərtərəfli tərəqqisini təmin etmək mümkün deyil. Bu səbəbdən Azərbaycanda elm təhsil prioritet sahələrdən birinə çevrilib. Bu inkişafı sürətləndirmək üçün qəbul olunan sənədlər, verilən qərarlar həyata keçirilən layihələr bu gün müsbət nəticələr verməkdədir.

İ.Həbibbəyli qeyd edib ki, belə konfransların keçirilməsi Azərbaycanda elm təhsil sahəsində mövcud problemlərin həlli yollarını axtarmaq, bu istiqamətdə dünya təcrübəsini öyrənmək Azərbaycan təhsilinin inkişaf modelini müzakirə etmək üçün yaxşı imkan yaradır. Təhsil Nazirliyində yaradılmış Akkreditasiya Nostrifikasiya İdarəsinin müvafiq istiqamətdə fəaliyyəti təqdirəlayiqdir.

Akkreditasiya Nostrifikasiya İdarəsinin yaranması tarixindən danışan qurumun rəisi səlahiyyətlərini icra edən Samir Vəliyev diqqətə çatdırıb ki, akkreditasiya təhsilin həm güclü, həm zəif tərəflərini üzə çıxara bilən, eyni zamanda, təhsilin keyfiyyətinin yüksəldilməsi yollarını müəyyənləşdirən, yaranan bazar münasibətləri şəraitində yüksək təhsil səviyyəsini təmin edə bilən əsas mexanizmdir. İdarə qısa vaxtda ölkədaxili beynəlxalq miqyasda təhsildə keyfiyyətin təminatı üzrə peşəkar etibarlı bir quruma çevrilmək hədəfinə nail olub. S.Vəliyev deyib: “İdarəmizin missiyası təhsildə keyfiyyətin təminatı sistemini təkmilləşdirməklə, təhsil müəssisələrinin yerli beynəlxalq rəqabət qabiliyyətini yüksəltməklə, xarici dövlətlərin sənədlərini tanımaqla ixtisas ekvivalentliyini müəyyənləşdirməklə əmək bazarını təhsilli mütəxəssislərlə təmin etməkdir”.

Sonra Qazaxıstanın Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentliyin prezidenti xanım Şolpan Kalanovanın, Gürcüstanın Təhsilin Keyfiyyətinin Yaxşılaşdırılması üzrə Milli Mərkəzin direktoru xanım Tamar Sanikidzenin ölkələrində təhsildə keyfiyyətin təminatı sisteminin yenidən qurulması ilə bağlı məruzələri dinlənilib.

Konfrans işiniKeyfiyyətin təminatında maraqlı tərəflərin iştirakının gücləndirilməsi”, “Keyfiyyətin təminatında milli beynəlxalq perspektivlərin uzlaşması”, “Təhsildə keyfiyyətin təminatı nədən başlayır: daxili yoxsa kənar qiymətləndirmə?”, “Akkreditasiya ekspertlərinin seçilməsi təlimi digər mövzularda sessiyalarla davam etdirib.

 

Azərbaycan.-  2016.- 3 dekabr.- S.5.