“Azərbaycan
Respublikasının Vergi Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 2016-cı il 28 oktyabr tarixli 381-VQD nömrəli
Qanununun tətbiqi və “Azərbaycan
Respublikası Vergi Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun
və bu qanunla təsdiq
edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 381-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8 (III kitab), maddə 616; 2005, ¹ 12, maddə 1099; 2006, ¹ 5, maddə 400, ¹ 12, maddə 1034; 2007, ¹ 4, maddə 323, ¹ 12, maddə 1225; 2008, ¹ 11, maddə 972; 2009, ¹ 3, maddə 163, ¹ 4, maddə 226, ¹ 10, maddə 780; 2010, ¹ 7, maddə 610; 2011, ¹ 7, maddə 631; 2013, ¹ 7, maddə 805, ¹ 11, maddə 1324; 2014, ¹ 4, maddə 359, ¹ 5, maddə 477, ¹ 9, maddə 1027, ¹ 10, maddə 1198, ¹ 11, maddələr 1390, 1420; 2015, ¹ 1, maddə 12, ¹ 12, maddə 1454; 2016, ¹ 2 (II kitab), maddələr 261, 265, ¹ 3, maddə 450, ¹ 5, maddə 882, ¹ 6, maddələr 1023, 1024, 1042, 1065, ¹ 7, maddə 1257, ¹ 9, maddə 1464) 1.15-ci bəndi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
30 noyabr 2016-cı il
Azərbaycan.- 2016.- 6 dekabr.- S.3.