Azərbaycan-Serbiya münasibətləri
qarşılıqlı etimada əsaslanır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də
Serbiya Respublikası Baş nazirinin müavini, daxili işlər
naziri Neboyşa Stefanoviçin başçılıq etdiyi
nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Serbiyanın Baş nazirinin müavini, daxili işlər naziri Neboyşa Stefanoviçin Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın müzakirəsi və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi üçün səmərəli olacağına əminliyini bildirdi. Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərləri və digər təmasları ölkələrimiz arasında dostluq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirdi. Azərbaycan ilə Serbiyanın bir çox sahələrdə əməkdaşlıq etdiyini bildirən dövlətimizin başçısı bu əməkdaşlığın inkişafında ölkəmizin maraqlı olduğunu dedi. Ölkələrimizin beynəlxalq təşkilatlarda da bir-birinə daim dəstək verdiklərini vurğulayan Prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrimizin gücləndirilməsi baxımından bunun əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan və Serbiya arasında ikitərəfli əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.
Serbiya Respublikası Baş nazirinin müavini, daxili işlər naziri Neboyşa Stefanoviç Azərbaycanda
onlara göstərilən qonaqpərvərliyi
yüksək qiymətləndirərək ölkəmizin və
Bakının xüsusilə son illər
inkişafının onlarda böyük təəssürat
yaratdığını dedi. Ölkələrimizin
müvafiq qurumları arasında əməkdaşlığın
zəruriliyini vurğulayan qonaq
səfərin əlaqələrimizin inkişafı ilə
bağlı konkret işlər görmək
uşun yaxşı imkan
yaratdığını dedi. Hazırda dünyada terrorizmin geniş
yayıldığını təəssüflə qeyd edən Serbiyanın Baş
nazirinin müavini, daxili işlər naziri Neboyşa Stefanoviç
terrorizmə və mütəşəkkil cinayətkarlığa
qarşı birgə mübarizənin əhəmiyyətindən
danışaraq, ölkələrimizin müvafiq
qurumları arasında qarşılıqlı informasiya
mübadiləsinin və treninqlərin keçirilməsinin əməkdaşlığımızın
gücləndirilməsi baxımından önəmini
vurğuladı.
Azərbaycan.- 2016.- 6 dekabr.- S. 2.