Azərbaycan-Serbiya əlaqələri inkişaf
edir
Dekabrın 5-də Azərbaycan Respublikası
Milli Məclisinin sədri Oqtay Əsədov Serbiya Respublikasının daxili işlər naziri Neboyşa Stefanoviçin başçılıq etdiyi
nümayəndə heyəti
ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Milli
Məclisin sədri bu səfərin ölkələrimiz arasındakı
əlaqələrin inkişafına
töhfə verəcəyinə
əminliyini ifadə edib. Sədr bildirib ki, Azərbaycan və Serbiya arasındakı münasibətlər strateji
tərəfdaşlıq səviyyəsindədir.
Bu münasibətlərin yüksək səviyyəyə
çatmasında dövlət
başçılarının qarşılıqlı səfərləri
xüsusi rol oynayır.
Oqtay Əsədov
bu günədək ölkələrimiz arasında
25 sənədin imzalandığını,
12 sənədin isə
imzalanma ərəfəsində
olduğunu deyib. Əlavə edib
ki, bu sənədlər
münasibətlərimizin hüquqi
bazasını təmin
edir. Milli Məclisin sədri
iki ölkənin parlamentlərarası münasibətlərinin
sürətlə inkişaf
etdiyini və hazırda qanunverici orqanlarımızda qarşılıqlı
işçi qrupların
fəaliyyət göstərdiyini
deyib.
Oqtay Əsədov
vurğulayıb ki, ölkələrimiz arasında
siyasi əlaqələr
yüksək səviyyədə
olsa da, ticari münasibətləri
inkişaf etdirməyə
ehtiyac var. İqtisadi əməkdaşlığın inkişafı üçün
xeyli işlər görüldüyünü, biznes
forumlar təşkil edildiyini söyləyən
sədr ticari əlaqələrin gələcəkdə
yüksək səviyyəyə
çatacağına əminliyini
bildirib.
Görüşdə iki ölkə arasındakı humanitar və mədəni münasibətlərin razılıq
doğurduğu qeyd olunub. Bildirilib ki, ölkələrimiz
beynəlxalq təşkilatlarda
bir-birinin mövqelərini
dəstəkləyirlər.
Oqtay Əsədov
Serbiyanın Azərbaycanın
ərazi bütövlüyünü
dəstəklədiyini vurğulayaraq
bunu siyasi əlaqələrimizin yüksək
səviyyədə olmasının
bariz göstəricisi
kimi dəyərləndirib.
Nazir Neboyşa
Stefanoviç Azərbaycanda
onlara göstərilən
qonaqpərvərliyi yüksək
qiymətləndirib. O, ölkələrimiz
arasındakı əlaqələrin
daha da inkişafında
qarşılıqlı səfərlərin
əhəmiyyətini qeyd
edib. Nazir bildirib ki, hər iki ölkə
bir-birinin ərazi bütövlüyünü dəstəkləyir
və bu mövqe dəyişməz
olaraq qalacaq.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər
müzakirə edilib.
Azərbaycan.- 2016.- 6 dekabr.- S.2.