M.M.Çaybasarskinin “Tərəqqi” medalı ilə təltif
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Məcid Mayis oğlu Çaybasarski “Tərəqqi” medalı ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 dekabr
2016-cı il
Azərbaycan.-
2016.- 10 dekabr.- S.1.