İ.B.Vahabzadənin
Azərbaycan Respublikasının Belarus
Respublikasında fövqəladə və səlahiyyətli səfiri
və eyni zamanda Azərbaycan
Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları
yanında daimi səlahiyyətli nümayəndəsi
vəzifələrindən geri
çağırılması
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
İsfəndiyar Bəxtiyar oğlu Vahabzadə Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
6 dekabr 2016-cı il
Azərbaycan.- 2016.- 7 dekabr.- S.2.