Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”ni Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”nə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 6, maddə 416; 2004, ¹ 6, maddə 440, ¹ 9, maddə 674; 2005, ¹ 6, maddə 491, ¹ 12, maddə 1102; 2006, ¹ 7, maddə 592, ¹ 8, maddə 659; 2007, ¹ 6, maddə 615, ¹ 9, maddə 869, ¹ 10, maddə 947, ¹ 11, maddə 1106; 2008, ¹ 3, maddə 168, ¹ 8, maddə 719; 2009, ¹ 5, maddə 322, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83, ¹ 3, maddə 185; 2011, ¹ 2, maddə 85, ¹ 6, maddə 508, ¹ 9, maddə 791; 2012, ¹ 9, maddə 852; 2013, ¹ 5, maddə 511, ¹ 11, maddə 1320; 2014, ¹ 12, maddə 1573; 2015, ¹ 2, maddə 127, ¹ 6, maddə 697, ¹ 12, maddə 1474; 2016, ¹ 3, maddə 455, ¹ 6, maddə 1070) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 5.3.13-cü yarımbənddən “, Polis Akademiyasının” sözləri (ikinci halda) çıxarılsın.

2. Aşağıdakı məzmunda 5.3.13-1-ci və 5.3.13-2-ci yarımbəndlər əlavə edilsin:

“5.3.13-1. Polis Akademiyası rəisinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir, Polis Akademiyası rəisinin müavinlərini vəzifəyə təyin və vəzifədən azad edir;

5.3.13-2. Polis Akademiyası rəisinin təqdimatı ilə Akademiyanın Elmi Şurasının tərkibini təsdiq edir;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 dekabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 7 dekabr.- S.2.