Tailandın
Kralı Əlahəzrət Maha Vaçiralonqkorna
Əlahəzrət,
Tailandın Kralı kimi taxta çıxmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Tailand arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Tailand xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 6 dekabr 2016-cı il.
Azərbaycan.- 2016.- 7 dekabr.- S.2.