Bazar iqtisadiyyatının tələbləri və sosial ədalət prinsipi
Bunlar bir-birini
tamamlayanda məqsədə daha tez çatmaq olur
Elə bir zaman yetişib ki, iqtisadi inkişafa nail olmaq, yaxud iqtisadi böhrandan qurtulmaq üçün əhalinin sosial müdafiəsi xərclərindən kəsmək lazım gəlir. Günü bu gün də ilk yanaşmada ədalətsiz xilas yolu təsiri bağışlayan belə siyasətə aid nə qədər lazım olsa misal göstərmək mümkündür.
Götürək İspaniya, Portuqaliya, Yunanıstan və Avropa İttifaqının üzvü olan digər ölkələrə son vaxtlar verilən kreditlərin şərtlərini - kommunal xərclər artırılmalı, sosial ödənişlər və pensiyalar azaldılmalı, mərkəzi icra və dövlət orqanlarında ixtisarlar aparılmalıdır və s. Sözsüz ki, hətta minimum əməkhaqqının, zəruri istehlak səbəti xərcinin digər regionlarla müqayisədə qat-qat çox olduğu Avropada belə əhali bu cür sərt şərtləri məmnunluqla qəbul etmir. Axı kim istəyər ki, yüksək pensiyasından, yaxşı maaşlı işindən, eninə-uzununa istifadə etdiyi ucuz kommunal xidmətlərdən və s.-dən məhrum olsun. Amma kimdir bazar iqtisadiyyatının tələbləri olan yerdə onların istəyini soruşan?!
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev dekabrın 2-də Zərdab, növbəti gün isə Tərtər və Ağdam rayonlarına səfər etmişdir. Dövlət başçısı ənənəsinə sadiq qalaraq bu səfərlərində də rayonlarda bir neçə sosial, mədəni və infrastruktur obyektlərinin açılışlarında iştirak etmiş, cəbhə bölgəsindəki hərbi hissədə olmuş, sakinlərin aprel döyüşlərində dağıdılmış evlərində aparılan bərpa və yenidənqurma işləri ilə maraqlanmışdır. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyevin regionlara səfəri həmişə həmin bölgənin sosial-iqtisadi həyatında yaddaqalan hadisələr - açılış və təməlqoyma mərasimləri ilə zəngin olur. Bu gün ölkənin rayonlarında təyinatından asılı olmayaraq elə bir obyekt yoxdur ki, ya onun istifadəyə verilməsində, ya da təməlinin qoyulmasında, çox vaxtsa hər ikisində dövlət başçısı iştirak etməsin. Bu baxımdan Prezidentin regionlara son səfəri də istisna olmadı.
Amma burada bəlkə də çoxlarının ciddi əhəmiyyət vermədiyi, əslində isə çox ciddi əhəmiyyət verilməli olan bir məqam var. Bu məqam Prezidentin bölgələrə - xalqın arasına səfərini seçdiyi zamanla bağlıdır. Ola bilsin, bu səfərin tarixi çox-çox əvvəl müəyyən olunmuşdu. Dövlət başçısıdır, onun hər səfərinin, hər görüşünün, iştirak edəcəyi hər tədbirin vaxtı dəqiqəsinəcən əvvəlcədən protokollaşdırılır. Bununla belə, Prezidentin regionlara son səfərinin Tarif Şurasının məlum qərarından, demək olar, dərhal sonra reallaşması həqiqətən çox ciddi əhəmiyyət veriləsi məqamdır. Bəlkə də başqa ölkə və başqa dövlət başçısı olsaydı, belə bir həssas zamanda xalqla birbaşa təmasdan çəkinərdi. Amma məsələ bundadır ki, nə Azərbaycan həmin ölkələrdəndir, nə də İlham Əliyev elə dövlət başçılarından.
Çünki Azərbaycanda hətta maliyyə və iqtisadi imkanların heç də geniş olmadığı indiki dövrdə belə nə edilirsə, xalq üçündür. Prezidentin son səfəri zamanı açılışını etdiyi və təməlini qoyduğu obyektlərə nəzər salaq: əsaslı təmir olunaraq yenidən qurulan Zərdab Rayon Mərkəzi Xəstəxanası, Tərtər çayı üzərində yeni körpü, Tərtər şəhərinin yenidən qurulan içməli si təchizatı və kanalizasiya sistemi, Tərtərdə Şahmat məktəbi, yeni körpələr evi-uşaq bağçası, yeni inşa olunan hərbi hissə, Ağdamda Bayraq muzeyi, cəbhə xəttinə yaxın ərazilərdə yaşayan və aprel döyüşlərində yurdları dağılmış əhali üçün tikilən evlər və s. Göründüyü kimi, bütün bunlar hamısı birbaşa əhalinin sosial problemlərinin həlli ilə bağlı olan obyektlərdir, hamısı da bir-birindən vacib. Kim iddia edə bilər ki, bu gün səhiyyə müəssisələrinin yenidən qurulub müasir tibbi avadanlıqlarla təchiz olunan vaxtı deyil. Yaxud XXI əsrdə, özü də cəbhə xəttinə yaxın ərazidə yerləşən şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını kim bədxərclik hesab edər ki...
“Biz sosial siyasətimizi bu gün də uğurla həyata
keçiririk. Sosial siyasət bizim əsas istiqamətimizdir”. Bu sözləri Prezident İlham Əliyev Zərdab Mərkəzi Xəstəxanasının açılışındakı
çıxışında söyləmişdir. Prezident
elə həmin çıxışında bu
siyasətlə yanaşı,
dövlət səviyyəsində
daha nələrə ciddi fikir verildiyini
nəzərə çatdırmışdır:
“Biz valyuta ehtiyatımızı
qoruya bilmişik. Bu da çox
vacib məsələdir.
Çünki neftlə zəngin
olan ölkələrin
əksəriyyətində valyuta ehtiyatları tükənir, ya da azalır. Biz isə qoruyuruq,
çünki bu, dövlətimiz, xalqımız
üçün lazımdır.
Bu bizə əminlik
və imkan verir ki, gələcəyə
nikbinliklə baxaq”.
Amma bazar iqtisadiyyatı şəraitində gələcəyə
nikbinliklə baxmağın
bir şərti də sosial ədalət prinsipi ilə iqtisadi inkişafı uzlaşdırmaq,
başqa sözlə desək, onların bir-birinə əngəl olmamasını təmin etməkdir. Bəs Azərbaycanda necə,
bu mürəkkəb məsələ həllini
tapa bilirmi? Prezident sözügedən
çıxışında həmin suala sadə və sadə olduğu qədər də dəqiq cavab vermişdir: “Bizim atdığımız bütün
addımlar sosial xarakter daşıyır və sosial ədaləti tərənnüm
edir. Çünki yaxşı yaşayan
dövlətə daha
çox töhfə verməlidir, daha çox vergi ödəməlidir, daha çox kommunal xərcləri olmalıdır.
Ancaq aztəminatlı təbəqə,
orta təbəqə dövlət tərəfindən
qorunmalıdır və
qorunur. Bu, sosial ədalət prinsipidir. Biz bu yolla gedirik.
Biz bazar iqtisadiyyatı
prinsipi əsasında
yaşayırıq, eyni
zamanda vətəndaşların
sosial təminatı da daim diqqət
mərkəzindədir. Beləliklə, biz həm sosial
məsələlərin həlli,
həm də iqtisadi inkişaf ilə bağlı siyasətimizi gələn
illərdə də davam etdirəcəyik”.
Dövlət başçısının bu aydın və
qəti mövqeyi bir daha göstərir
ki, Azərbaycanda iqtisadi inkişaf və sosial ədalət prinsiplərinin
gələcək məqsədlərə
çatmaq üçün
bundan sonra da bir-birini tamamlayacağı
şübhəsizdir.
Raqif MƏMMƏDOV,
Azərbaycan.- 2016.- 7 dekabr.- S. 1, 5.