Masallıdakı termal suların öyrənilmə istiqamətləri və onlardan səmərəli istifadə

 

Termal sular beynəlxalq balneoloji təşkilatın məlumatına əsasən, hərarəti 20-370C intervalında olan sulara subtermalya ilıq su, hərarəti 37-420C intervalında olanlara termalya isti sular, hərarəti 420C-dən yüksək olan sulara isə çox istiya hipotermal sular deyilir. Belə sular əsasən yüksək dağlıq ərazilərdə yüksək təzyiq və temperaturla yer səthinə çıxır. Masallı rayonunun mövcud olan termal suları, göstərilənlərdən əlavə, dəniz səviyyəsindən 500-550 metr yüksəklikdə çıxır. Rayonun ərazisindəki 6 termal su mənbəyinin bir qisminin ən çox debiti olub, onlar vaxtilə 80 çıxışa malik idi. Ən çox çıxışı olanlara Ərkivan - 28, Donuzotan - 23, Qotursuyu - 17 termal suları ən yüksək temperaturlu sular olub, onların bəzilərinin hərarəti 640C-yə çatır. Göstərilən termal sular Masallı rayonunun Ərkivan bələdiyyəsi ərazisində Dambolov dağının cənub ətəklərində, Viləş çayının hər iki sahilində 210 metrlik ərazidə yerləşir.

Azərbaycanda tarixən və hal-hazırda termalmineral suların tam dəqiq sayı məlum olmasa da, tədqiqatçılar tərəfindən aparılan araşdırmalar nəticəsində onların müxtəlif sayda olması barədə müəyyən fikirlər mövcuddur.

Azərbaycanın Lənkəran bölgəsinin termalmineral suları digər bölgələrə nisbətən az öyrənilmişdir. Lənkəran bölgəsinin termal suları əsasən xarici ölkə alimləri tərəfindən tədqiq edilmişdir. Onların Lənkəran qəzası timsalında göstərilən termal sulara həsr olunmuş məqalələri əsasən çar Rusiyası dövründə siyasi ədəbi qəzet olanQafqaz” qəzetində və az bir hissəsi isə o dövrün elmi-publisistik jurnallarında çap edilmişdir.

Ekonomiçeskiy vestnik Azerbaydjana” jurnalının 1924-cü il dördüncü nömrəsində Ərkivan mineral sularına həsr olunmuşArkevanskie mineralnıe istoçniki v Lenkoranskom uezde” başlıqlı məqalə istisna olmaqla, Masallı rayonunun digər termal suları ilə bağlı yazılara az rast gəlinir.

Sonrakı illərdə Azərbaycanda, o cümlədən Lənkəran qəzasında mövcud olan termalmineral suların temperaturu, debiti, kimyəvi tərkibi və s. barədə tam dolğun məlumatlar verilsə də, onlardan necə istifadə məsələləri ilə bağlı konkret məlumatlar verilmir.

Masallı rayonunun termal suları ilə bağlı verilən tarixi məlumatlardan 100 ildən artıq vaxt keçməsinə baxmayaraq, bu problemi öyrənən tədqiqatçı mütəxəssislər bu gün də həmin məlumatlardan istifadə edirlər. Tarixi mənbələr içərisində göstərilən problemin coğrafi nöqteyi-nəzərdən öyrənilməsində azərbaycanlı alim Mirzə Məmməd-Əlibəy Səfiyevin 1850-ci illərdə yazdığı termal suların coğrafi məsələlərinə dair məqalələrində daha çox yer ayrılmışdır. Yazılmış digər mənbələrdə ərazinin geologiyası, hidrogeologiyası, xarakterizə olunan termal suların debiti, temperaturu, kimyəvi tərkibi və s. məsələlər geniş şərh edilir. Rayonun Ərkivan və s. termal sularının xarici ölkə alim və mütəxəssisləri tərəfindən o dövrdə aparılmış yoxlama işləri bu gün üçünöz əhəmiyyətini itirməmişdir.

Bu, heço demək deyil ki, 100 ildən çox vaxt keçməsinə baxmayaraq, termal suların kimyəvi tərkibi, temperaturu, debiti dəyişməz olaraq qalmışdır, bu, yanlış fikirdir. Dünyada termal sular olan ölkələrdə onların göstəriciləri hər il yenidən öyrənilir. Termal sulardan istifadə edənlər suyun hərarətinin neçə dərəcə olması ilə yanaşı onu özlərinin istəyinə uyğun şəkildə artıra və ya azalda da bilərlər.

Azərbaycanın, o cümlədən Masallı rayonunun termalmineral sularının öyrənilməsində M.A.Qaşqayın keçən əsrin 50-ci illərində nəşr edilmiş “Mineralnıe istoçniki Azerbaydjana” (Bakı 1952, səh.503) monoqrafiyasında rayonun mineral su mənbələrindən Ərkivan, Donuzotan, Qotursu, Mişarçay xarakterizə edilir. Ə.H.Əsgərovun “Mineralnıe istoçniki Azerbaydjanskoy SSR” (Bakı 1954, səh.334) monoqrafiyası Azərbaycanın termal sularının öyrənilməsində əvəzsiz köməyi olan əsərlərdən biridir. Monoqrafiyada Masallı rayonunda yerləşən Ərkivan, Donuzotan, Qotursu, Mişarçay termal suları xarakterizə edilir.

Bir faktı xüsusi olaraq qeyd etmək olar ki, sovet hakimiyyətinin son illərində və müstəqil Azərbaycanda Masallı rayonunun bütün termal sulara aid göstəriciləri əsasən xarici mütəxəssislərin verdiyi məlumatlar əsasında yazılıb. Buna qətiyyən yol vermək olmazona plagiatlıq deyilir.

Masallı rayonunun termal suları barədə mövcud olan tarixi mənbələri araşdırarkən onların əsasən geoloqlar, hidrogeoloqlars. tədqiqatçılar tərəfindən öyrənildiyi görünür. Keçən əsrin 50-ci illərində Masallı rayonunun termal su mənbələrindən yalnız Ərkivanda istifadə edilib, burada örtülü vanna binaları, vannalar üçün açıq hovuz, tibb məntəqəsi fəaliyyət göstərməyə başlamışdır.

Təqdim olunan bu məqalə isə ilk dəfə termal suların sosial coğrafi istiqamətdə öyrənilməsinə həsr olunur və “Azərbaycan” qəzetinin oxucularına təqdim edilir.

Masallı rayonu ərazisində keçmişdə və hazırda istifadə olunan Ərkivan termal sularının cəmi 2 çıxışı qalmışdır. Onun biri termal su, digəri isə temperaturu 18-200C olan mülayim isti su olmaqla cəmi bir çıxışı var. Viləş çayının sol sahilində temperaturu 500C-yə, debiti isə 627 min litr/sutka təşkil edən Ərkivan termal suyu hazırda əsas istifadə mənbəyidir.

1971-ci ildən Ərkivan İstisu şəfa ocağı ümumittifaq müalicə kurort sanatoriyası adını almışdır. 1998-ci ildən bu şəfa ocağı özəlləşdirilib şəfa mərkəziFatimeyi-Zəhraşəfa sanatoriyası adlanır. Ərkivan İstisu ərazisində keçən əsrin 50-ci illərində 12 vanna otağı fəaliyyət göstərmişdir. Bu şəfa mərkəzində öz sağlamlıqlarını bərpa etmək üçün əsasən Azərbaycanın cənub bölgələrindən ildə orta hesabla 6 minə yaxın xəstə istifadə etmişdi. Şəfa mərkəzindən hazırda hər mövsüm ərzində neçə nəfərin istifadə etməsi barədə rəsmi statistik məlumat olmasa da, şifahi sorğumuza əsasən, hər mövsüm ərzində ondan təxminən 20-25 min nəfər Azərbaycan xarici ölkə vətəndaşlarının istifadə etdiyi bəlli olur.

Ərkivan su mənbəyindən 500 m qərbdə, Viləş çayının sağ sahilində, bir-birindən 30 metr məsafədə yerləşən, vaxtilə 20 çıxışı 1,6 milyon litr/gün debiti olmuş, hərarəti 63-640C olan, indi isə neçə çıxışının mövcud olması məlum olmayan Donuzotan termal su mənbəyi yerləşir. Bu mənbədən hazırda lazımi şəkildə istifadə olunmur.

Ərkivandan 2,5 kilometr qərbə Viləş çayının sahilində, 35 m ərazidə yerləşən, tarixən 17 çıxışı olan, gündəlik debiti 4 milyon litr/gün, hərarəti 600C olan, tərkibində bol miqdarda metan qazı, az miqdarda yod brom tərkibli Qotursu termal su mənbəyi yerləşir. Əfsuslar olsun ki, hazırda bu termal sudan da çox primitiv şəkildə istifadə edilir.

Ərkivan termal suyundan 3 kilometr cənub-qərbdə yerləşən Mişarçay termal suyunun debiti 120 min litr/sutka, hərarəti 31-450C olan, 100 metr ərazidə tarixən 7 çıxışı olmuş, göstərilən termal su metan qazı tərkiblidir. Hazırda göstərilən termal sudan da istifadə edilmir.

70 il öncə Masallı rayonunun mövcud olan çoxsaylı termal sularının çıxışlarının sayı baxımsızlıq biganəlik üzündən itmiş, yalnız Ərkivan termal su mənbəyinin iki çıxışı qalmışdır. Bunlara həm termal su mənbələrinin əsasən Viləş çayı yatağında yerləşərək çayda fasilələrlə baş verən sel, sürüşmə s. kimi təbii fəlakətlər təbiət hadisələrinin baş verməsi səbəb olmuşdur. Yerdə qalan digər su mənbələrinin heç birindən əhalinin sağlamlığının bərpası üçün istifadə edilmir.

Azərbaycanın digər termal su mənbələri ilə müqayisə etdikdə Ərkivan şəfa mənbəyi hər il müalicə edilənlərin sayına görə ən qabaqcıl yerdə durur. Xüsusi olaraq burada revmatizm, dəri, böyrək sidik yolları xəstəlikləri, radikulit, prostat, hipertoniya, qaraciyər, öd yolları, bağırsaq, qadın xəstəlikləri, qadın kişi sonsuzluğu, mədə xəstəlikləri s. müalicə edilir.

Bəs göstərilən sayda Azərbaycan xarici vətəndaşların bu şəfa bulağına üz tutmalarının səbəbi nədir? Yüksək dərəcəli xidmət, qiymətlərin həddən ziyadə ucuz olması s.

Temperaturu 30-550C, debiti 1,6 milyon litr/sutka olan Ərkivan şəfa bulağından bu gün tam səmərəli istifadə edilmir. Göstərilən termal suyun yüksək hərarətindən istifadə edib onun 170 yerlik kompleksinin, yaşayış binalarının, iaşə müəssisələrinin qızdırılmasını təşkil etmək olar həmçinin bu termal suyun hərarətinin son 20-30 ildə dəyişməz qalmasını nəzərə alaraq, kompleksin ərazisində istixana təsərrüfatının yaradılması da məqsədəuyğun olardı.

Dünyada termal sularla zəngin olan ölkələrdə mehmanxanalar, hotel kempinqlər bilavasitə termal suların yaxınlığında tikilir, əhalinin il boyu istifadəsi üçün üstüaçıq qismən üstüörtülü hovuzlar inşa edilir. Ölçüsündən istifadə edənlərin sayından asılı olaraq hər belə hovuz ölkəyə ildə milyonlarla ABŞ dolları məbləğində gəlir gətirir.

Çox təəssüf ki, belə qiymətli şəfa mənbəyində inşa edilmiş vanna çox kiçik həcmli müalicəvi hovuzlardan yaşlı şikəst insanların istifadə edə bilmələri nəzərə alınmamışdır.

Yeni inşa edilmiş yataq otaqları keyfiyyətsiz tikildiyindən qonşu otaqda olanların hündürdən danışmaları, televizorun səsi və s. insanların istirahətinə ciddi mane olur.

Gələcəkdə inşa edilən yaşayış sahələri, yaxşı olardı ki, istisuyun çıxdığı əraziyə yaxın tikilsin. Burada göstərilən termal suyun müalicə kabinələri Viləş çayının sağ sahilinə yaxın ərazidə yerləşir. Müalicəyə gələnlərin yataq sahələri dağ ətəyində yerləşir. Xəstələr, yaşlı insanlar, əlillər yataq yerlərindən müalicə qəbul etmək üçün enib-qalxmaqda çətinlik çəkirlər. Bu şəraitdə, yaxşı olar ki, xəstə və yaşlıların müalicə qəbul etmələri üçün istirahət kompleksinin xüsusi avtomobilləri olsun. Bu da xəstə və yaşlıların müalicəyə gedib-gəlmələrinə yardım etmiş olardı.

Hazırlanan xörəklər keyfiyyətli olsa da, hamı üçün eyni menyu əsasında bişirilir. Onların da çeşidini dəyişmək və artırmaq yaxşı olardı.

Masallı-Yardımlı avtomobil yolunun sol hissəsində, Viləş çayı yatağının hər iki sahilində Masallı rayonunun termal sularının yerləşdiyi ərazi enliyarpaqlı meşələri, əlverişli iqlimi, gözəl təbiəti ilə seçilir. Masallıdan 15 km, Bakı şəhərindən 259 km, Xəzər dənizindən 20 km, Bakı-Astara dəmir yolundan 25 km, Lənkəran Beynəlxalq Hava Limanından 30 km məsafədə yerləşən bu ərazi yaxın gələcəkdə Azərbaycanın beynəlxalq əhəmiyyətli ən inkişaf edən müalicə-istirahət mərkəzlərindən birinə çevrilə bilər.

Bir daha vurğulamaq istərdik ki, bu qədər termal su mənbəyi olan ölkədə həmin mənbələrdən düzgün və səmərəli istifadə edilsə, bunun müqabilində hər il rayona 100 milyonlarla ABŞ dolları məbləğində gəlir gətirmək olar. Fikrimizcə, dövlət əhəmiyyətli bu sahəyə rəhbərlik edən şəxslərin termal sulardan yaxın gələcəkdə daha səmərəli istifadəni təmin etmələri ən ümdə vəzifələrdən biridir.

 

Neron BABAXANOV,

 

İsmayıl ƏLİYEV,

BDU-nun professorları

 

Azərbaycan.- 2016.- 7 dekabr.- S.7.