Birləşmiş
Millətlər Təşkilatının İqlim
Dəyişmələri üzrə Çərçivə
Konvensiyası ilə bağlı Tərəflərin 21-ci
Konfransında qəbul olunmuş Paris Sazişinin təsdiq
edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında qəbul olunmuş Paris Sazişi təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
28 oktyabr 2016-cı il
Azərbaycan.- 2016.- 8 dekabr.- S.3.