Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 20 iyul tarixli 472 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası Nəqliyyat
Nazirliyinin Dövlət Avtomobil
Nəqliyyatı Xidməti haqqında Əsasnamə”də dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Əsasnamə”ni “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1303-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli 472 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 7, maddə 634; 2016, ¹ 6, maddə 1067) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 9.17-ci bənddən “təminatlı” sözü çıxarılsın və həmin bəndə “stansiyalarının” sözündən sonra “(sahələrinin)” sözü, “yaxud” sözündən sonra “təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə” sözləri əlavə edilsin.
2. 9.18-ci bənddən “təminatlı” sözü çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 noyabr
2016-cı il
Azərbaycan.-
2016.- 8 dekabr.- S.2.