Azərbaycan ilə Kuba arasında turizm sahəsində əməkdaşlıq üçün potensial mövcuddur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Kuba Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondonun etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Alfredo Nieves Portuondo fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Alfredo Nieves Portuondo
etimadnaməsini Prezident
İlham Əliyevə
təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət
etdi.
Dövlətimizin başçısı
Kuba inqilabının rəhbəri Fidel Kastronun
vəfatı ilə bağlı bir daha Azərbaycan xalqı adından başsağlığı verdi və bu hadisənin ölkəmizdə dərin
kədər hissi ilə qarşılandığını
bildirdi. Azərbaycanda Fidel Kastroya böyük
rəğbət bəsləndiyini
bildirən Prezident İlham Əliyev Kuba xalqının bu dərin hüzn
günlərində Kuba
inqilabının rəhbərinin
xatirəsinə göstərdiyi
hörməti həmrəylik
hissinin nümayişi
kimi dəyərləndirdi.
Bu gün ölkələrimiz arasında
siyasi, humanitar, idman sahələrində artıq yaxşı münasibətlərin formatının
qurulduğunu vurğulayan
dövlətimizin başçısı
Azərbaycanın Kuba
ilə iqtisadi əlaqələrin və
ticarət dövriyyəsinin
artırılmasında və
eləcə də səhiyyə sahəsində
əməkdaşlıqda maraqlı
olduğunu dedi. Prezident İlham Əliyev qeyd etdi ki,
turizm sahəsində də əməkdaşlıq
üçün yaxşı
potensial mövcuddur.
Kubada turizm biznesi çox fəal inkişaf edir və artıq bir çox Azərbaycan vətəndaşları
Kubaya səfər edir, istirahətə gedir. Biz istəyirik ki, kubalılar da ölkəmizə gəlsin və Azərbaycanla yaxından tanış olsunlar.
Prezident İlham Əliyev səfirə fəaliyyətində
uğurlar arzuladı.
Səfir Alfredo Nieves Portuondo Kuba inqilabının lideri
Fidel Kastronun vəfatı
ilə bağlı başsağlığına, onun
xatirəsinə göstərilən
ehtirama və Kuba xalqı haqqında deyilən xoş sözlərə görə minnətdarlığını
bildirdi. Ölkələrimiz arasında iqtisadi,
ticarət əlaqələrinin
inkişaf etdirilməsinin
önəminə toxunan
səfir bunun üçün yaxşı
imkanların olduğunu
vurğuladı. O, dövlətimizin
başçısını əmin etdi ki, diplomatik fəaliyyəti dövründə
ikitərəfli münasibətlərimizin
inkişafı üçün
səylərini əsirgəməyəcək.
Azərbaycan.- 2016.- 8 dekabr.- S. 2.