Parisdə Azərbaycan-UNESCO əlaqələri barədə
geniş fikir
mübadiləsi aparılıb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Parisdə UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-UNESCO əlaqələri barədə geniş fikir mübadiləsi aparılıb.
Ə.Qarayev
UNESCO və ISESCO-nun xoşməramlı səfiri,
Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın salamlarını İrina Bokovaya
çatdıraraq ölkəmizlə UNESCO arasındakı əməkdaşlığın
inkişafında Azərbaycanın birinci
xanımının mühüm rolu olduğunu bildirib.
İrina Bokova öz növbəsində
Azərbaycan dövlətinin, xüsusilə də birinci
xanım Mehriban Əliyevanın həm UNESCO-nun fəaliyyətinə,
həm də öz ölkəsində və bir çox digər
üzv ölkələrdə mədəni irsin qorunmasına
böyük töhfələr verdiyini diqqətə
çatdırıb.
Görüşdə mədəniyyət və irs sahələrində əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin “Bakı prosesi” təşəbbüsü, növbəti ildə keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və ilk dəfə bu tədbir çərçivəsində beynəlxalq təşkilatların rəhbərlərinin yüksək səviyyəli görüşü, müxtəlif dinlər və mədəniyyətlər arasında dialoqu gücləndirmək üçün layihələr ətrafında müzakirələr aparılıb.
İrina Bokova dekabrın 5-də keçirilmiş “Bakı prosesi” beynəlxalq işçi qrupunun ali toplantısı və irs mövzusunda yüksək səviyyəli panelin əhəmiyyətinə toxunaraq Azərbaycan ilə müxtəlif səpkidə beynəlxalq layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirərək, salamlarını ölkə rəhbərliyinə və Mehriban xanım Əliyevaya çatdırılmasını xahiş edib.
Əbülfəs Qarayev səmimi qəbula və
görüşə görə təşəkkürünü
bildirərək xalqımızın mədəniyyətini əks
etdirən bir sıra kitab
və materialları xanım baş direktora təqdim edib.
Azərbaycan.-
2016.- 8 dekabr.- S.5.