Azərbaycan Respublikasının “Şücaətə görə” medalı haqqında Əsasnamə

 

Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

 

Maddə 1. Təltif edilən şəxslər

Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərən hərbi qulluqçular və vəzifə borcunu yerinə yetirən digər şəxslər təltif  edilirlər.

Maddə 2. Təltif edən orqan

Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

Azərbaycan Respublikasının “Şücaətə görə” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda Azərbaycan Respublikasının “Hərbi xidmətlərə görə” medalından sonra taxılır.

 

Azərbaycan.- 2016.- 9 dekabr.- S.2.