“Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 4, maddə 632) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.0.2-ci maddədə “müvafiq icra hakimiyyəti” sözləri “dövlət” sözü ilə əvəz edilsin.
2. həmin qanunun 1 nömrəli əlavəsinin 7-ci maddəsi ləğv edilsin.
3. həmin qanunun 2 nömrəli əlavəsinə aşağıdakı məzmunda 5-ci maddə əlavə edilsin:
5. Teleradio yayımı fəaliyyəti:
5.1.ümumrespublika televiziya yayımı
5.2.Bakı şəhəri üzrə
televiziya yayımı
5.3.regional televiziya yayımı
5.4.ümumrespublika radio yayımı
5.5.Bakı şəhəri üzrə
radio yayımı
5.6.regional radio yayımı
5.7.əlavə informasiya
yayımı
5.8.abonentlərinin
sayı 5000-dək olan
kabel şəbəkəsi
yayımı
5.9.abonentlərinin
sayı 5000-dən yuxarı
olan kabel şəbəkəsi yayımı
5.10.peyk yayımı
5.11.xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının
kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin
edən fəaliyyət
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
11 noyabr 2016-cı il
Azərbaycan.- 2016.- 9 dekabr.- S.4.