Akademik Zərifə Əliyeva adına Liseydə sərgi–konfrans keçirilib

 

Dekabrın 8-də Akademik Zərifə Əliyeva adına Liseydə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuşUlu öndər Heydər Əliyevin şəxsi kitabxanasından Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi kitabları” mövzusunda sərgi-konfrans keçirilib.

Tədbir M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası, Bakı Dövlət Universitetinin (BDU) kitabşünaslıq və nəşriyyat işi kafedrası və akademik Zərifə Əliyeva adına Lisey tərəfindən təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb.

Sərgi-konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin 1995-ci ildə şəxsi kitabxanasından Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi kitablarla tanış olublar.

Konfransda akademik Zərifə Əliyeva adına Liseyin direktoru Mehriban Vəliyeva Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışıb, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.

Ümummilli lider Heydər Əliyevin gənclərə, onların təhsilinə daim böyük diqqət və qayğı göstərdiyini söyləyən direktor qeyd edib ki, Ulu Öndər mədəniyyətin inkişafına, kitabxanaların zənginləşdirilməsinə xüsusi əhəmiyyət verirdi.

M.Vəliyeva Heydər Əliyev ideyalarının əbədi yaşayacağını vurğulayıb.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim TahirovunKitaba və mütaliəyə münasibətdə Heydər Əliyev nümunəsi”, BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslanın “Yeniyetmələrin və gənclərin mənəvi tərbiyəsində Heydər Əliyevin zəngin irsinin əhəmiyyəti”, kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti Rasim SüleymanovunUlu öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” mövzusunda məruzələri dinlənilib.

Ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, şəxsiyyətinin böyüklüyündən bəhs edən məruzəçilər bildiriblər ki, Ulu Öndər milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə xüsusi önəm verirdi. Dahi rəhbər Heydər Əliyev kitaba bilik, zəka mənbəyi, kitabxanalara müqəddəs bilik məbədi kimi baxırdı.

Tədbirdə məktəblilərin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 

Azərbaycan.- 2016.- 9 dekabr.- S.8.