Böyük ehtiram
nümunəsi
Dekabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının
Mərkəzi Elmi Kitabxanasında (MEK) ulu öndər Heydər Əliyevin xatirəsinə
həsr olunan “Heydər Əliyev və kitabxana - nəsillərdə yaşayan
ənənə” mövzusunda
tədbir keçirilib.
AZƏRTAC xəbər
verir ki, əvvəlcə tədbir
iştirakçıları ümummilli lider Heydər Əliyev ilə bağlı MEK-ə
hədiyyə edilmiş
kitabların sərgisi
ilə tanış
olublar.
MEK-in direktoru
Leyla İmanova Ulu Öndərin hakimiyyətdə olduğu
illərdə kitabxananın
əsaslı inkişaf
yolundan danışıb. O deyib:
“Millətin portreti – onun dəyər verdiyi, mədəni və tarixi abidələr şəklində
qoruyub saxladığı,
öyrəndiyi və
yaşatdığı milli
və dünya irsidir. Bu irsin
əsas, intellektual yüklü hissəsi isə kitabxanalarda saxlanılır. Bugünkü tədbirin məqsədi Mərkəzi Elmi Kitabxananın nümunəsində
1993-cü ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin kitabxanalara göstərdiyi diqqətin,
verdiyi dəyərin və əməli qərarların dayanıqlı
və davamlı olmasını nümayiş
etdirməkdir”.
MEK-in direktoru
qeyd edib ki, Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin mühüm
məqsədlərindən biri müasirlərimizdə
tarixi yaddaş duyğusunu gücləndirmək,
öz dilinə, ədəbiyyatına sahib çıxmaq,
bununla da əcdadlarımızın yaratdığı
mənəvi sərvətlərə
həqiqi varis, torpağa əsl sahib formalaşdırmaq idi. Bu baxımdan
MEK-in hazırda üzərində
çalışdığı MRY, Vikipediya və VİS layihələri, həyata
keçirdiyi elektron kataloqlaşdırma, qanunvericiliyə təkliflər
və çoxlu sayda başqa təşəbbüslər MEK-ə oxucu icmasını formalaşdırmaq və akademik icmanın mərkəzinə çevrilmək
imkanı verir.
Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini deyən MEK-in direktoru bildirib ki, Heydər Əliyevin azərbaycançılıq
və dövlətçilik
ənənəsi, xalqına,
tarixinə, mədəniyyətinə
olan məhəbbəti
və fəaliyyəti
nəsildən-nəslə ötürülən ənənə
formasını alıb.
Tanınmış ziyalıların, elm və
təhsil müəssisələrinin
nümayəndələrinin iştirak etdikləri tədbirdə mövzu ilə bağlı təqdimat olub.
Azərbaycan.-
2016.- 9 dekabr.- S.8.