Azərbaycanın Mədəniyyət və Turizm naziri Tbilisidə Gürcüstanın Baş naziri ilə görüşüb

 

Gürcüstanda səfərdə olan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 8-də Baş nazir Giorgi Kvirikaşvili ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlığın mədəni sahələrdə əlaqələrin inkişafına geniş imkanlar yaratdığı bildirilib. Tərəflər bu əlaqələrin daha da inkişaf etməsində maraqlı olduqlarını vurğulayıb.

Görüşdə, həmçinin Gürcüstan ilə Avropa İttifaqının birgə təşkil etdikləri “Mədəniyyət və yaradıcılıq, innovasiyalar və yaradıcılıq” layihəsinin əhəmiyyəti, dekabrın 8-də Tbilisidə keçirilən beynəlxalq forumun mədəni əlaqələrin inkişafındakı rolu, yaradıcı sənayenin, yeni texnologiyaların, inkişaf təşəbbüslərinin yerlərdə və regionlarda reallaşdırılmasının vacibliyi barədə fikir mübadiləsi aparılıb.

Mədəniyyətin şaxələndirilməsi, turizmin inkişafı, turistlərin sayının artım dinamikası yüksək qiymətləndirilib.

Bildirilib ki, iki ölkənin digər sahələrdə olduğu kimi mədəni sahədə də əməkdaşlığı, yaradıcı sənayenin inkişafına təkan verəcək.

Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsinin aparıldığı görüşdə Azərbaycanın Gürcüstandakı səfirinin birinci müavini Dursun Həsənov, Milli Məclisin deputatı Rauf Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.

 

AZƏRTAC

 

Azərbaycan.- 2016.- 9 dekabr.- S.9.