Azərbaycan nümayəndə heyəti Tbilisidə beynəlxalq forumda iştirak edir

 

Dekabrın 8-də Tbilisidə “Gürcüstan üçün yol xəritəsi: İnnovasiyalarinkişaf üçün mədəniyyət və yaradıcılıq yolları” adlı beynəlxalq konfrans işə başlayıb.

İki gün davam edəcək tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

Tədbirin açılışında Gürcüstanın mədəniyyət və tarixi abidələrin mühafizəsi naziri Mixail Georqadze çıxış edərək deyib ki, bu gün dünyada iqtisadi inkişafı mədəniyyətsiz və kreativ sənayesiz təsəvvür etmək mümkün deyil.

Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı və Gürcüstan Mədəniyyət və Tarixi Abidələr Nazirliyinin birgə təşkil etdiyi tədbirdə yaradıcı sənayenin mədəni əlaqələrin, turizmin, iqtisadiyyatın inkişafındakı rolu geniş müzakirə olunacaq. Mədəniyyətin şaxələndirilməsi bütün sahələrdə inkişafa təkan verir. Bu tədbir, eyni zamanda Cənubi Qafqaz regionudünya dövlətləri arasında və Şərq Tərəfdaşlığı proqramına qoşulan ölkələr arasında əlaqələrin hərtərəfli inkişafında mühüm rol oynayacaqdır.

Avropa İttifaqının Gürcüstandakı səfiri Janos Herman, Gürcüstanın təhsil naziri Aleksandr Jejelava, iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Ketevan Boçorişvili və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Bildirilib ki, kreativ sənayenin inkişafı ayrı-ayrı şəhərlərin, ölkələrin və bütövlükdə bir regionun inkişafında mühüm rol oynayır. Bu gün dünyada istehsal olunan ümumi daxili məhsulun 3 faizdən çoxu məhz yaradıcı sənayenin payına düşür. Yaradıcı sənayenin inkişafı milyonlarla yeni yerinin açılmasına, yeni sahələrin yaranmasına imkan yaradır. Artıq dünyanın 70-dən çox ölkəsi kreativ sənayenin inkişafı layihəsinə qoşulub və yaradıcı sənayeni inkişaf etdirir.

Çıxışlarda bu sahənin inkişafı ilə əlaqədar təkliflər səslənib. Avropa İttifaqının bütün ölkələrdə yaradıcı sənayenin inkişafına dəstək verəcəyi qeyd olunub.

Forum işini panel iclaslarında davam etdirib.

Əbülfəs Qarayev panel iclasda çıxış edib.

Nazir Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, mədəniyyətin inkişafı, turizm imkanlarının artırılması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Mədəniyyətin şaxələndirilməsi, yaradıcılıq sənayesinin inkişafı ilə bağlı fəaliyyət planı barədə danışıb. 2017-ci ildə Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini vurğulayıb həmkarlarını bu nüfuzlu tədbirə dəvət edib.

Nazir, həmçinin tədbir iştirakçılarının suallarını cavablandırıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2016.- 9 dekabr.- S.9.