Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasının müəllifidir
Dekabrın 10-da Qafqaz Müsəlmanları
İdarəsində (QMİ) ümummilli lider Heydər Əliyevin
xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
QMİ-nin sədri şeyxülislam Allahşükür
Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, Milli Məclisin
aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, dini
icmaların rəhbərləri, ictimaiyyətin nümayəndələri
iştirak ediblər.
QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndər yorulmaz fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitlik yaradılmasında, dünyada Azərbaycanın nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Buna görə də Heydər Əliyev tarixə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi daxil olub. O, özündən sonrakı dövr üçün də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi və yaradıcısıdır. Ulu Öndər tarixin çətin və keşməkeşli yollarında xalqını ciddi sınaqlardan uğurla çıxarıb, zəhməti, zəkası, fitri istedadı ilə Azərbaycan Respublikasının dünya birliyində özünə layiqli yer tutmasına zəmin yaradıb. Ölkəmizdə azərbaycançılıq ideologiyasının formalaşması Heydər Əliyevin müdrikliyi və sarsılmaz iradəsi sayəsində mümkün olub. Azərbaycan bu gün Ümummilli Liderin qurduğu əsasını qoyduğu təməl üzərində sürətlə inkişaf edir. Ulu Öndərin müəyyənləşdirdiyi siyasətə bu gün də xalqımız böyük etimad göstərir. Çünki bu siyasət Vətənə və xalqa xidmət edir. O, ümummilli lider Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunduğunu, dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edildiyini vurğulayıb. Ulu Öndərin hakimiyyəti dövründə respublikamızın hərtərəfli tərəqqisində misilsiz nailiyyətlər qazanıldığı, habelə ölkəmizin yüksək iqtisadi inkişaf tempi ilə irəliləməsinin məhz Heydər Əliyev əməyinin nəticəsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan sənədli film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Mübariz Qurbanlı Azərbaycanın hər hansı bir sahəsinə, onun keçmişinə, bu gününə və gələcəyinə baxanda Heydər Əliyev siyasətinin nəticələrinin göründüyünü bildirib. O deyib ki, Azərbaycan dövləti və dövlətçiliyi Ümummilli Liderin şah əsəridir. Hər bir xalqın əldə etməyə çalışdığı və qazandığı başlıca sərvəti onun dövlətidir. Bu gün müasir Azərbaycan dövləti var, inkişaf edir və daha yüksək nailiyyətlər qazanır. Bu, müdrik rəhbər Heydər Əliyevin ən böyük xidmətidir. Bu gün müstəqil Azərbaycan məhz ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla irəli addımlayır, özünün sabit və davamlı inkişafı ilə bölgədə liderliyini möhkəmləndirir, dünyada nüfuzunu durmadan artırır.
Eldar İbrahimov əsası Ümummilli
Lider tərəfindən qoyulmuş
siyasəti bu gün Prezident İlham
Əliyevin uğurla davam
etdirdiyini bildirib. Vurğulayıb ki, yalnız Heydər
Əliyevin xalqın tələbi ilə hakimiyyətə
qayıdışı Azərbaycanı müstəqilliyin
itirilməsi təhlükəsindən qoruya
bildi. Öz uzaqgörən
və dahiyanə siyasəti ilə ümummilli
lider Heydər Əliyev ölkə daxilində
sabitlik əldə edilməsinə,
dövlətçiliyin əsaslarının
qoyulmasına, ölkənin iqtisadi inkişaf strategiyasının
yaradılmasına, cəbhədə isə atəşkəs
elan edilməsinə nail
oldu. Heydər Əliyev özünün
siyasi dahiliyi ilə müasir müstəqil Azərbaycanın bugünkü simasını müəyyənləşdirib
və xalqımızın həyatında, tarixində silinməz
iz qoyub.
Azərbaycan.-
2016.- 11 dekabr.- S.2.