“Kaspi”
qəzetinin 135 illik yubileyi qeyd edilib
Bakı Əyləncə Mərkəzində
“Kaspi” qəzetinin nəşrə başlamasının
135 illiyinə həsr
olunmuş yubiley tədbiri keçirilib.
AZƏRTAC xəbər
verir ki, dövlət və hökumət nümayəndələrinin,
Milli Məclisin deputatlarının, tanınmış
elm və mədəniyyət
xadimlərinin, kütləvi
informasiya vasitələri
rəhbərlərinin, media ekspertlərinin iştirak etdiyi tədbir “Kaspi” qəzetinin tarixindən bəhs edən filmin nümayişi ilə başlanıb.
Ölkəmizdə azad söz və mətbuat azadlığının
bərqərar olmasında
ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısı İlham
Əliyevin xidmətlərindən
danışan “Kaspi”nin
təsisçisi, filologiya
üzrə fəlsəfə
doktoru Sona Vəliyeva bildirib ki, qəzetin yubileyinin keçirilməsi
də məhz dövlətin KİV-ə olan
diqqətinin göstəricisidir.
Sona Vəliyeva “Kaspi” qəzetinin Azərbaycan mətbuatının inkişafındakı
tarixi rolundan, nəşrin 1918-ci ildə
əldə edilən dövlət müstəqilliyimizin
ideya bazasının formalaşmasındakı xidmətlərindən,
onun ölkəmizin ikinci dəfə suverenliyinə qovuşmasından
sonrakı fəaliyyətindən
ətraflı bəhs
edib. Bildirib ki, “Kaspi” milli ictimai fikrin
formalaşmasında, milli
istiqlal düşüncəsinin,
milli birliyin, həmrəyliyin, milli təfəkkürün təşəkkülündə
mühüm rol oynayıb.
Vurğulanıb ki, üç əsrin qəzeti olan “Kaspi” klassik
ənənələrdən bəhrələnərək, çağdaş
mətbuatın mütərəqqi
prinsiplərini rəhbər
tutaraq müasir medianın sevilən, oxunan nümunəsini yaradıb və bu gün işini
uğurla davam etdirir.
Prezident Administrasiyasının ictimai-siyasi
məsələlər şöbəsinin
müdir müavini Vüqar Əliyev mətbuatımızın bütün
dövrlərdə milliliyini,
tarixi ənənələrini
və əsas prinsiplərini qoruduğunu
vurğulayıb. Diqqətə çatdırıb ki, bunu “Kaspi”
qəzetinin timsalında
görmək mümkündür.
Azərbaycan mediasının ötən
dövrdə zəngin
və şərəfli
yol keçdiyini vurğulayan V.Əliyev indi milli mətbuatımızın
yüksəliş mərhələsini
yaşadığını qeyd edib. Bu yeni inkişaf dövrünün təməlini
qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir
gücünü yüksək
qiymətləndirib, mətbuat
və söz azadlığı, kütləvi
informasiya vasitələrinin
maddi-texniki bazasının
möhkəmləndirilməsi istiqamətində ardıcıl
tədbirlər həyata
keçirib. Müstəqil mətbuatın formalaşmasına
və inkişafına
xidmət edən siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Ölkəmizdə söz və
mətbuat azadlığına,
kütləvi informasiya
vasitələrinə ən
yüksək səviyyədə
diqqət və qayğı göstərilir.
Mətbuat Şurasının sədri,
Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan mətbuatının tarixində
dərin iz buraxmış “Kaspi” qəzetinin fəaliyyətindən
danışıb, cəmiyyətdə
ictimai fikrin formalaşmasında bu nəşrin xidmətlərini
qeyd edib. Bildirib ki,
“Kaspi” qəzeti tarixi ənənəsini layiqincə qoruyub saxlayır və inkişaf etdirir.
Sonra Sona Vəliyevaya Azərbaycan Mətbuat Şurasının diplomu təqdim edilib.
Həmçinin qəzetin
əməkdaşlarının bir qrupuna “Kaspi”nin mükafatları verilib.
Tədbir bədii hissə
ilə davam edib.
Azərbaycan.-
2016.- 11 dekabr.- S.2.