Azərbaycan alimi beynəlxalq simpoziumda məruzə edib
Türkiyənin Antalya şəhərində Türk Tarix Qurumu və Ağ dəniz Universitetinin birgə təşkilatçılığı ilə “Birinci Dünya müharibəsinin 100-cü ildönümü: türk-ingilis pəncərəsi” adlı beynəlxalq simpozium keçirilib. ABŞ, İngiltərə, Ukrayna, Makedoniya, Fransa, İran, Gürcüstan, Avstraliya, Qazaxıstan, Ukrayna və s. ölkələrdən tarixçilərin iştirak etdiyi tədbirdə Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı “Birinci Dünya müharibəsi illərində Qafqaz cəbhəsində erməni silahlı dəstələrinin hazırlanmasında erməni kilsəsinin rolu (Rusiya arxiv mənbələri əsasında)” mövzusunda məruzə ilə çıxış edib, iştirakçıların suallarını cavablandırıb.
Azərbaycan alimi eyni zamanda
“Qafqaz Birinci Dünya müharibəsi illərində”
adlı bölmə iclasına da sədrlik
edib. Sonda simpoziumda dinlənilən məruzələrin
ümumi dəyərələndirmələrini
üç görkəmli tarixçi
alim - Türk Tarix Qurumunun rəhbəri,
professor Refik Turan, İlbər Ortaylı və Musa Qasımlı edib, elmi-nəzəri
ümumiləşdirmələr aparıblar.
Azərbaycan.-
2016.- 13 dekabr.- S.8.