İsrail ilə münasibətlərdə Azərbaycanın yəhudi
icması mühüm rol
oynayır
Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü olub.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Baş nazir Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu qarşıladılar.
Azərbaycan Prezidenti İlham Əliyev və İsrailin Baş naziri Benyamin Netanyahu rəsmi foto çəkdirdilər.
Sonra Azərbaycanın Prezidenti, İsrailin Baş naziri və xanımları birgə foto çəkdirdilər.
Daha sonra Prezident İlham Əliyevin və Baş nazir Benyamin Netanyahunun təkbətək görüşü oldu.
Prezident İlham ƏLİYEV dedi:
-Cənab Baş nazir, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. İkinci dəfədir Azərbaycandasınız. Əminəm ki, səfər çox məhsuldar olacaq, münasibətlərimizi gücləndirəcək. Biz yanvarda Davosda görüşdük, indi isə Bakıda görüşürük. Əminəm ki, səfəriniz xoş keçəcək və yaxşı nəticələr əldə olunacaq.
Baş nazir
Benyamin NETANYAHU dedi:
-İkinci
dəfə burada olmağıma şadam. Azərbaycan ilə
İsrail arasında, Azərbaycan xalqı ilə yəhudi xalqı arasında möhkəm münasibətlər,
yaxın dostluq var. Siz tolerantlıq, inklüzivlik ənənəsini
qoruyub saxlamısınız.
Yəhudilər özlərini
burada çox rahat hiss edirlər. Sizinlə bizim aramızda ortaq dəyərlər
var. Azərbaycanda yaşayan
minlərlə yəhudi
xalqlarımız arasında
körpü rolunu oynayır. Ona görə də
bizim müzakirə ediləsi çox məsələlərimiz var.
Prezident İlham ƏLİYEV: Yəhudi icması bizim cəmiyyətimizin çox fəal hissəsidir və ölkənin inkişafına çox böyük töhfələr verir. Bu, həqiqətən də ikitərəfli münasibətlərimizdə çox mühüm amildir.
Baş
nazir Benyamin NETANYAHU: Mən
xalqlarımızın rifahının artırılması,
hökumətlərimiz arasında bir çox sahələrdə - ticarət, texnologiya sahələrində əməkdaşlığın
genişləndirilməsinin müzakirə olunmasını səbirsizliklə
gözləyirəm.
Azərbaycan.-
2016.- 14 dekabr.- S.1.