“Su təchizatı və tullantı
suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununu “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 27-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 2; 2007, ¹ 5, maddə 436; 2008, ¹ 5, maddə 348; 2009, ¹ 10, maddə 768; 2010, ¹ 5, maddə 374; 2011, ¹ 4, maddə 263; 2012, ¹ 6, maddə 505; 2014, ¹ 6, maddə 617) aşağıdakı dəyişikliklər edilsin:
1. 26-cı maddə üzrə:
1.1.1-ci hissənin doqquzuncu abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:
“dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.”;
1.2.3-cü hissədə “dayandırılması” sözündən sonra “(dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla)” sözləri əlavə edilsin.
2.27-ci maddənin 2-ci hissəsinin ikinci abzasında “Fövqəladə” sözündən sonra “və dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparıldığı” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr
2016-cı il
Azərbaycan.- 2016.- 14 dekabr.- S.3.