“Dini etiqad
azadlığı haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununu “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 27-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, ¹ 16, maddə 694; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 3, maddələr 171, 226, ¹ 4, maddə 287; 1998, ¹ 1, maddə 16; 2001, ¹ 12, maddə 736; 2002, ¹ 6, maddə 328, ¹ 12, maddə 692; 2003, ¹ 1, maddə 16; 2005, ¹ 8, maddə 684; 2009, ¹ 5, maddə 314, ¹ 7, maddələr 512, 517; 2011, ¹ 2, maddə 71, ¹ 7, maddə 604; 2013, ¹ 3, maddə 217, ¹ 4, maddə 355; 2015, ¹ 4, maddələr 364, 367, ¹ 11, maddə 1257, ¹ 12, maddə 1443) 12-1-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. İkinci hissəyə aşağıdakı məzmunda 3-1-ci bənd əlavə edilsin:
“3-1) dini ekstremist fəaliyyətlə
məşğul olma;”.
2. Aşağıdakı
məzmunda dördüncü
hissə əlavə edilsin:
“Dini ekstremist fəaliyyətlə
məşğul olan dini qurumların fəaliyyəti qadağan
edilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 oktyabr 2016-cı il
Azərbaycan.- 2016.- 14 dekabr.- S.3.