Məqsəd məlum, hədəf bəlli

 

Strateji Yol Xəritəsi Azərbaycana nə vəd edir

 

Bu gün ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələri arasında, kütləvi informasiya vasitələrində daha çox müzakirə olunan məsələlərdən biri Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq etdiyi milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələridir. Bəri başdan bildirək ki, Azərbaycanda siyasi müstəqilliyin bərpasından sonra bu səviyyədə, bu həcmdə və bu dərəcədə reallıqlara söykənən, yaxın və uzaq perspektivə hesablanan iqtisadi sənəd qəbul edilməmişdir. Amma “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” adlanan sənədin aktuallığını, əhəmiyyətini artıran başqa səbəb də varbu, strateji yol xəritələrinin qəbul edildiyi indiki zamandır.

Həqiqətən, yaşadığımız hazırkı dövr həm ictimai-siyasi, həm də sosial-iqtisadi cəhətdən bütün dünya, həmçinin yerləşdiyimiz region üçün nəinki çox mürəkkəb, hətta əksər vaxt qanlı-qadalı hadisələrlə, qarşıdurmalarla müşahidə edilir. Və həmin hadisələrin ən bədbin tərəfi də odur ki, bunun sonu görünmür. Belə bir vəziyyət sözsüz ki, ilk növbədə, əksər ölkələrin, o cümlədən Azərbaycanın iqtisadiyyatına təsirsiz ötüşmür. Neft amili isə bu təsiri daha da artırır. Çünki böyük güclər seçdikləri hədəfi əzmək üçün həmişə “qara qızıl”dan “qara silahkimi istifadə edirlər və məlum son hadisələr zamanı bunun bir daha şahidi olduq. Adıçəkilən sənəddə bu barədə belə yazılıb: “Ötən illər ərzində misli görünməmiş qlobal siyasi qeyri-sabitlik müşahidə olunmuşdur. Bunun təsirləri siyasi rəhbərlərin tez-tez dəyişməsi, müharibə, terrorçuluq və sürətlə artan qaçqın axınında özünü büruzə vermişdir”. Nəticədə “...neftin bir bareli 2008-ci ildə 150 ABŞ dollarına yaxınlaşdığı halda, 2016-cı ildə 30 ABŞ dollarından da aşağı düşmüşdür”. Sözsüz ki, neftin qiymətindəki bu səviyyədə ucuzlaşmanın Azərbaycan iqtisadiyyatına da təsiri böyük olmuşdur. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2010-2014-cü illərdə iqtisadi artım sürəti zəifləyərək ildə orta hesabla 2,7 faizə düşmüşdür. Neftin qiymətinin aşağı olması səbəbindən cari hesablar balansında yaranmış gərginlik manatın məzənnəsinə təzyiqi artırmış və keçən il milli valyutamız iki dəfə devalvasiyaya uğramışdır.

Qeyd etdiyimiz səbəblərin Azərbaycan iqtisadiyyatına təsirinə aid çox faktlar göstərmək mümkündür. Amma bunlar da kifayət edir ki, strateji yol xəritələrinin hansı bir həssas məqamda qəbul edildiyi və həmin səbəbdən əhəmiyyəti məlum olsun. Üstəlik, proqnozlar onu göstərir ki, neftqaza olan qlobal tələbatın həcmi 2050-ci ilədək ildə təqribən 0,7 faiz zəifləyəcək və ümumi enerji sektorunda üzvi yanacaq növlərinin payı xeyli azalacaq. Deməli, neftin qiymətinin əvvəlki kimi yüksək olacağına ümid demək olar ki, yoxdur. Eyni zamanda, Beynəlxalq Valyuta Fondu Azərbaycan iqtisadiyyatında 2025-ci ilədək illik artımın 2-3 faiz olacağını proqnozlaşdırıb. Artımın bu səviyyəsi isə ölkəmizin iqtisadiyyatının qarşısında duran məqsədlərə çatmağa, o cümlədən gələcək nəsillər üçün lazım olan sayda yerləri yaratmağa kifayət etmir. Odur ki, Azərbaycanda ucuz neft şəraitində iqtisadiyyat yeni təməllər üzərində qurulmaqla daha yüksək artım tempinə nail olunmalıdır. Qəbul edilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin qarşısında məhz bu məqsəd durur.

10 bölmədən (qısa xülasə; Azərbaycan üçün qlobalregional kontekst; Azərbaycan iqtisadiyyatının mövcud vəziyyəti; strateji baxış; hədəf indikatorları; strateji məqsədlər; strateji hədəflər; maliyyələşdirmə mexanizmləri; icra, monitorinq və qiymətləndirmə; tədbirlər planı), 14 bənddən və 11 hissədən ibarət olan bu sənəd qısa, orta və uzunmüddətli dövrlərə (2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışları) hesablanıb. O, təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də bir istiqamət üzrə qlobal meyilləri, iqtisadiyyatın 360 dərəcəli diaqnostikasını və mövcud vəziyyətin GZİT təhlilini, görüləcək tədbirləri, tələb olunan investisiya və nəticə indikatorlarını əhatə edir. Strateji Yol Xəritəsində qarşıya qoyulmuş vəzifələri icra etməklə qısamüddətli zaman üçün seçilmiş prioritetlərə istiqamətlənərək orta və uzunmüddətli dövrlərdə iqtisadi inkişafın bünövrəsi qoyulacaq. Sənəd həmçinin iqtisadi inkişafa səbəb olan bütün faktorları, o cümlədən yerli və beynəlxalq özəl sektor nümayəndələrinin kommunikasiyası və əməkdaşlığı üçün imkanları təmin edəcək. Bu zaman dövlət investisiyaları katalizator rolunu oynasa da, iqtisadi inkişafın lokomotivi özəl sektor olacaq. Bir məsələni də qeyd edək ki, Strateji Yol Xəritəsinin icrası zamanı müvafiq dövlət qurumları öz fəaliyyətlərini daha kamil proqramlar əsasında quracaqlar. Habelə sənəddə nəzərdə tutulan layihələrin həyata keçirilməsindən əvvəl texniki-iqtisadi əsaslandırmalar aparılacaq və hər bir təşəbbüs üzrə müvafiq dövlət qurumları cavabdehlik daşıyacaqlar.

Strateji Yol Xəritəsində qarşıya qoyulan vəzifələr ilk növbədə qeyri-ticari bölməyə nisbətən ticari bölmənin, hasilata nisbətən emalın, dövlət sahibkarlığına nisbətən özəl sahibkarlığın, aşağı texnologiya tutumlu sektorlara nisbətən yüksək texnologiyalara əsaslanan sektorların, aşağı ixtisaslı əməyə nisbətən yüksək ixtisaslı əməyə əsaslanan sahələrin, azgəlirli bazarlara nisbətən yüksək gəlirli bazarların və aşağı dəyər yaradan bölmələrə nisbətən yüksək dəyər yaradan bölmələrin daha üstün artımı hesabına balanslaşmasına xidmət edir. Milli iqtisadiyyatın strukturunun yenilənməsi isə biznes mühitinin daha da yaxşılaşdırılması, orta müddətli xərclər strategiyası çərçivəsində yeni siyasətin tətbiqi, maliyyə-bank sisteminin sağlamlaşdırılması və monetar siyasətin üzən məzənnə rejimi üzərində təkmilləşdirilməsi, habelə xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə reallaşacaq.

Buna görə sənəddə milli iqtisadiyyat perspektivi çərçivəsində dörd strateji hədəf seçilmişdir. Məhz həmin hədəflərin və 11 sektor üzrə strateji yol xəritələrinin həyata keçirilməsi nəticəsində real və maliyyə sektorları arasında tarazlığın təmin edilməsi yolu ilə davamlı iqtisadi inkişafa nail olunacaq:

İlk strateji hədəfə uyğun olaraq ölkədə fiskal dayanıqlıq təmin ediləcək və monitar siyasət üzən məzənnə rejimi üzərində qurulacaq. Fiskalmonitar siyasətlərin uzlaşdırılması makroiqtisadi sabitliyi təmin edəcək.

Milli iqtisadiyyat perspektivində ikinci hədəf səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliyin artırılması və özəlləşdirilmənin həyata keçirilməsi yolu ilə iqtisadi dinamikliyi təmin etməkdən ibarətdir.

Üçüncü hədəf insan kapitalının inkişafı ilə bağlıdır və bununla əmək bazarının inkişafı milli iqtisadiyyat perspektivinə uyğunlaşdırılacaq.

Dördüncü hədəf isə biznes mühitinin daha da yaxşılaşdırılmasını nəzərdə tutur.

Bəs, bu hədəflərin arxasında konkret hansı göstəricilər durur? “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin beşinci bölməsində göstərilir ki, 2025-ci ilə qədər Azərbaycanda hər il ÜDM istehsalı 3 faizdən çox artacaq və əlavə olaraq 450 mindən çox yeni yerləri yaradılacaq. İş yerlərinin yaradılması üç amilin (Strateji Yol Xəritəsi çərçivəsində görülən tədbirlər; digər əlavə tədbirlər; ümumi iqtisadi mühitin yaxşılaşması nəticəsində iqtisadi artım sürətinin yüksəlməsi) təsiri nəticəsində mümkün olacaq. Beləliklə, iqtisadiyyatın sektorları üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində qeyri-rəsmi məşğulluğun payı azalacaqdörd xüsusi məqsədə nail olunacaq:

1. Qeyri-neft sektoruna yönəldilmiş birbaşa xarici investisiyaların qeyri-neft ÜDM-dəki payının hazırkı 2,6 faizlik göstəricisindən 2025-ci ilə qədər 4 faizə çatdırılması.

İqtisadiyyatın şaxələndirilməsində xarici investorların rolu çox əhəmiyyətlidir. Çünki onların töhfəsi yalnız sərmayə qoyuluşundan ibarət deyil, xarici investorlar həmçinin yeni sektorlara və dəyər zəncirlərinə daxil olmaq üçün zəruri yeni bacarıqlar, texnologiyalar və şəbəkələşmə imkanları gətirirlər.

2. Qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından 2025-ci ildə ən azı 450 ABŞ dollarına qaldırılması.

2015-ci ildə Azərbaycan iqtisadiyyatının idxal tələbi adambaşına 1000 ABŞ dollarına bərabər olmuşdur. İdxalı tarazlaşdırmaq üçün ölkədə adambaşına 1500 dollar həcmində məhsul ixrac olunmuşdur ki, bunun da 90 faizini neftqaz məhsulları təşkil etmişdir. Bu səbəbdən mal və xidmətlərin idxalının ixrac ilə balanslaşdırılması iqtisadi müstəqillik və sabitlik üçün son dərəcə vacibdir. Lakin neft qiymətlərindən asılılığı azaltmaq üçün daha çox qeyri-neft məhsullarının ixracına ehtiyac var.

3. Ticari mal və xidmətlər sektorlarında (məsələn, istehsalturizm) 2025-ci ilə qədər 150 min əlavə yerinin yaradılması.

Azərbaycanda əhali üçün yerlərinin açılması daim diqqət mərkəzində olmuşdur. Amma müasir şəraitdə ixracın şaxələndirilməsi üçün ticari mal və xidmətlər sektorunda beynəlxalq səviyyədə satıla bilən məhsulların və ya xidmətlərin istehsalı ilə məşğul olan sektorlarda yerlərinin yaradılması daha çox zəruridir.

4. Dövlət büdcəsinin Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) transfertlərindən asılılığının azaldılması (bu rəqəm 2025-ci ilə qədər 15 faizə endirilməlidir).

Məlumdur ki, bu gün dövlət sektorunda xərclənən hər ikinci manat (təqribən 50 faiz) ARDNF-nin vəsaitidir. Bu asılılıq Azərbaycan iqtisadiyyatına neft qiymətlərindəki dəyişikliklərin ciddi təsirinin əsas səbəblərindən biridir. Odur ki, iqtisadiyyatda özəl investisiyaların payını yüksəltmək üçün sabit artım tempi çox vacibdiro, dövlət büdcəsinin ARDNF-nin transfertlərindən daha az asılı olmasını tələb edir.

Sözsüz ki, bu hədəflərə nail olmaq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə strateji yol xəritələrində nəzərdə tutulan vəzifələrin uğurla həyata keçirilməsindən asılıdır. Bunun üçün isə ilk növbədə investisiyaların və digər resursların səfərbər edilməsi tələb olunur. Hesablamalara görə, təkcə 2020-ci ilədək nəzərdə tutulan prioritetlərin yerinə yetirilməsi üçün təxminən 27 milyard manat investisiya lazımdır və bu məbləğ bütün sektorlar üzrə strateji yol xəritələri çərçivəsində tələb olunan ümumi vəsaitdir. Bütün növ dövlət və özəl (yerlixarici) mənbələr hesabına təmin olunacaq həmin investisiyalar ölkə iqtisadiyyatı üçün 2020-ci ilədək müəyyən edilmiş hədəflərdən əlavə, gələcək üçün nəzərdə tutulan məqsədlərə təsir baxımından da bünövrə rolunu oynayacaq. Bu isə Azərbaycana Strateji Yol Xəritəsinin prioritetlərinin müsbət trayektoriyası ilə daha yüksək hədəflərə çatmağa kömək edəcək.

 

Raqif MƏMMƏDOV,

 

Azərbaycan.- 2016.- 14 dekabr.- S. 5.