“The New York Times” qəzetində Benyamin Netanyahunun Azərbaycana səfəri barədə material dərc edilib

 

Dekabrın 13-də “The New York Times” qəzetində İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri barədə material dərc edilib. Məqalədə göstərilir ki, səfər müddətində iki dövlət arasında bir sıra sazişlər, o cümlədən gəlirlərdən ikiqat vergi tutmanın aradan qaldırılması barədə Azərbaycan ilə İsrail arasında saziş imzalanıb.

“The New York Times” qəzetində dərc olunmuş materialda vurğulanır ki, Netanyahu Bakıda Azərbaycanın yəhudi icmasının üzvləri ilə görüşüb. Baş nazir həmin görüşdə deyib ki, iki ölkə arasında çox sıx əlaqə var bu səfərdən sonra həmin əlaqələr daha da yaxşılaşacaq.

Baş nazir Netanyahu Azərbaycana Qazaxıstana səfəri ərəfəsində vurğulayıb ki, hər iki ölkə ilə diplomatik, iqtisadi münasibətləri təhlükəsizlik sahəsində əlaqələri möhkəmlətmək planlaşdırılır.

 

Azərbaycan.- 2016.- 15 dekabr.- S.2.