Azərbaycan multikulturalizmi
dünya modelləri arasında xüsusi yer tutur
Dekabrın 14-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Multikultural
dəyərlər və
dadlar” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər
verir ki, Bakı Turizm Peşə Məktəbinin
direktoru Neylüfər
Kərimova məktəbin
fəaliyyəti və
gələcək planları
barədə məlumat
verib. Peşə məktəbinin yaradılmasının
məqsədinin peşəkar
kadrların yetişdirilməsi
və turizm sektorunun inkişafı olduğu, bu il peşə
məktəbinə 500 şagirdin
qəbul edildiyi bildirilib.
Tədbiri multikulturalizm dəyərlərimizin
təbliği istiqamətində
atılan addım kimi dəyərləndirən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev multikulturalizmin dinindən,
irqindən asılı
olmayaraq fərqli düşüncələrə, inanclara sahib müxtəlif
mədəniyyətlərin bir yerdə, eyni dövlətdə sülh şəraitində
yaşaması demək
olduğunu vurğulayıb. Azərbaycan multikulturalizminin
dünya modelləri arasında xüsusi yer tutduğunu söyləyən nazir ölkəmizdə multikulturalizmin
siyasi, mədəni, ədəbi qaynaqlarının
çox zəngin olduğunu bildirib.
ATMU-nun rektoru səlahiyyətlərini icra
edən Eldar Aslanov Prezident İlham Əliyevin
2016-cı ili Azərbaycanda
“Multikulturalizm ili” elan etməsinin səbəbsiz olmadığını
qeyd edib. Bildirilib ki, qədim və zəngin tarixə malik ölkəmiz mədəniyyətlərin,
dinlərin qovuşduğu
məkan olmaqla yanaşı, dinlərarası
və sivilizasiyalararası
münasibətlərin formalaşması
istiqamətində özünün
nümunəvi modeli ilə tanınır.
Azərbaycan.- 2016.- 15 dekabr.- S.7.