“Qiymətli metallar və qiymətli
daşlar haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 139-VQD nömrəli Qanununun tətbiqi ilə bağlı qərara alır:
“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 10, maddə 870; 2007, ¹ 11, maddə 1088; 2008, ¹ 2, maddə 49, ¹ 4, maddə 249, ¹ 6, maddə 464; 2009, ¹ 7, maddə 517; 2010, ¹ 4, maddə 276, 2014, ¹ 10, maddə 1164) 16.3-cü maddəsində “dövlət nəzarəti” sözləri “nəzarət” sözü ilə, “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 noyabr
2016-cı il
Azərbaycan.-
2016.- 16 dekabr.- S.3.