R.Ş.Cəmşidovun Azərbaycan Respublikasının
Avstraliya İttifaqında və eyni zamanda Fici
Respublikasında, Yeni Zelandiyada
fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən
geri çağırılması
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rövşən Şamil oğlu Cəmşidov Azərbaycan Respublikasının Avstraliya İttifaqında və eyni zamanda Fici Respublikasında, Yeni Zelandiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 dekabr
2016-cı il
Azərbaycan.-
2016.- 16 dekabr.- S.4.