M.N.Efendiyevin Azərbaycan
Respublikasının Niderland
Krallığında fövqəladə və səlahiyyətli
səfiri və eyni zamanda
Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda
daimi nümayəndəsi vəzifələrindən
geri çağırılması
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Mir-Həmzə Nazim oğlu Efendiyev Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 dekabr
2016-cı il
Azərbaycan.-
2016.- 16 dekabr.- S.4.