Prezidentin Mətbuat Xidmətinin məlumatı
Xəbər
verildiyi kimi,
dekabrın 15-də səhər saat 05.00
radələrində Xəzər dənizində 41 metr/saniyə
sürəti ilə əsən güclü
külək “Azneft” İB-nin
N.Nərimanov adına Neft-Qaz
Çıxarma İdarəsinin 3 saylı neft
yığım məntəqəsinin sağ
və sol hissəsində yerləşən
estakadanın uzunluğu təqribən 150
metr olan hissəsini dənizə
uçurub. Estakadanın həmin hissəsi
özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki
yaşayış budkasını da uçurub. Bunun nəticəsində
ilkin məlumata görə, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin
10 nəfər işçisi itkin düşüb. Vəziyyət
barədə məlumat dərhal Azərbaycan
Respublikasının Prezidentinə məruzə edilib. Dövlətimizin
başçısı təcili olaraq itkin düşmüş
neftçilərin axtarışı ilə bağlı bütün müvafiq
qurumların rəhbərlərinə göstəriş verib.
Hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin helikopter və gəmiləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşları, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin gəmiləri itkin düşmüş neftçilərin axtarışı ilə bağlı operativ xilasetmə işlərini həyata keçirirlər. Bu saata kimi 1 nəfərin cəsədi tapılıb.
İtkin
düşmüş şəxslərin
axtarışı ilə bağlı tədbirlər davam etdirilir. Vəziyyətlə
bağlı məlumatlar mütəmadi olaraq
dövlətimizin başçısına məruzə edilir.
Azərbaycan.-
2016.- 16 dekabr.- S.1.