Ölkəmizlə ABŞ arasında ikitərəfli
münasibətlər yüksək səviyyədədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu və uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olundu.
Söhbət zamanı
ölkələrimiz arasında enerji sahəsində
əməkdaşlığın perspektivləri ilə
bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.-
2016.- 16 dekabr.- S.1.