Əsl general hər
zaman yetişmir
Əsl hərbçi
olmaq üçün
anadan əsgər doğulmalısan!
Çünki hərbçiyə gərək
olan bütün mənəvi keyfiyyətlər
- cəsarət, qorxmazlıq,
təpər, dözümlülük,
intizam insanın canında və qanında yaşayıb daim dövr etməlidir.
Generallığa çatmaq
üçün isə
zəhmətsevərlik, bilik
və peşə vərdişlərindən başqa
fitri istedadın mövcudluğu da zəruridir!
Hərbçilərin məşhur
deyimi var: general olmağı arzulamayan əsgərdən yaxşı
əsgər çıxmaz!
Sıravi əsgərdən
generallığa uzanan
yol isə o qədər çətin
və əziyyətlidir
ki! Yalnız iradəsi möhkəm olanlar, bütün çətinliklərə sinə
gərənlər, gündüzlər
fiziki təmrinlər keçib günün qalan hissəsində hərbi biliklərə inadla yiyələnlər,
bir də vətəninə, xalqına
və dövlətinə
sədaqətlə, fədakarlıqla
xidmət edənlər
bu çətin və sınaq dolu yolu uğurla
keçərək general ali
hərbi rütbəsinədək
yüksələ bilərlər.
Yetmiş yaşını
qeyd etdiyimiz Milli Məclisin deputatı, general-leytenant Əliağa Hüseynov kimi!
Bu gün
Milli Məclisdəki dostları ona həm də hörmətlə “Cənab
general” - deyə müraciət
edirlər. Əliağa Hüseynov hər iki rütbəni şərəflə doğruldub!
Əvvəlcə general kimi
hərbçilərin, xalqın
hörmət və etibarını qazanıb,
bu gün isə Salyanda ona səs verən
seçicilərinin etimadını
doğrultmaqdadır!
Əliağa müəllimlə dostluğumuz
neçə-neçə illər
öncə başlayıb. Əlbəttə, jurnalist və deputat olasan, respublikanın hərbi komissarını tanımayasan
- bu, mümkün deyil. Başqa bir vacib məqam
da var: Əliağa
Hüseynov görünən,
fərqlənən hərbçilərdən
olub və daim ona tapşırılan
işin, həvalə
olunan vəzifənin öhdəsindən ləyaqətlə
gəlib.
Azərbaycanın müstəqillik yaşı
vur-tut 25 ildir. Bu 25 il başlanğıcdan
indiyə kimi qovğalarla müşayiət
olunub. Azərbaycanın
müstəqilliyini istəməyən
dövlətlər onun
bu arzusunun qarşısını almaq
üçün “Dağlıq
Qarabağ problemi” adlı məkrli plan quraraq xalqımızı uzun sürən və dağıdıcı
müharibəyə sövq
etmişlər. Nizami ordusu
olmayan, həqiqi rəhbərindən ayrı
düşən xalq isə torpaqlarını qoruya bilmədi. Arxalı düşmənlə mübarizədə
iyirmi min övladını
şəhid versə də, torpaqlarının iyirmi faizini itirdi. İtkilər bundan da çox olacaqdı. Xoşbəxtlikdən xalq sınanmış
oğluna, ulu öndər Heydər Əliyevə yenidən qovuşdu. Onun dövlət rəhbərliyinə
qayıdışı ilə
ölkədə möhkəm
və dönməz sabitlik yarandı, anarxiya və özbaşınalıqlara son qoyuldu.
Horadiz istiqamətində düşmənə
ağır zərbə
endirilərək ilk dəfə
olaraq onun işğal etdiyi 22 kənd geriyə qaytarıldı. Vəziyyətin dəyişdiyini və ciddiləşdiyini görən
düşmən atəşkəs
müqaviləsi imzalamağa
məcbur oldu. Beləliklə, ümummilli lider
Heydər Əliyevin rəhbərliyi ilə Milli Ordu quruculuğu
prosesinə başlanıldı.
Ötən əsrin doxsanıncı illərinin əvvəllərində,
AXC-Müsavat cütlüyünün
iqtidarı dövrünfə
ordu “quruculuğu” ilə diletantlar məşğul olurdu. Dəfələrlə küçə və bazarlardan, avtobus dayanacaqlarından gəncləri
maşınlara dolduraraq
cəbhə bölgəsinə
aparmış, heç
bir təlim keçmədən əllərinə
silah verərək döyüşə yollamışdılar.
Bu, heç bir
səmərə verməmiş,
üstəlik, itkilərin
sayını artırmışdı.
Belə vəziyyət ordudan yayınmaları, fərariliyi
də artırırdı.
Nizami, döyüşkən ordu
qurmaq üçün
ən əvvəl hərbi səfərbərlik
işi düzgün aparılmalı, milli zabit kadrları hazırlanmalı, bu məsələ ilə dövlətçiliyə sadiq
və vətənpərvər
insanlar məşğul
olmalı idi. Hərb sənətinin incəliklərinə
dərindən bələd
olan ulu öndər Heydər Əliyev təcrübəli
zabit kadrları toplayaraq bu işi
yüksək səviyyədə
qura bildi. Qısa müddətdə fərariliyin
qarşısı alındı.
Hətta
nəinki alındı,
gənclər könüllü
şəkildə orduya
yollanmaq, zabit peşəsinə yiyələnmək
üçün özləri
hərbi komissarlıqlara
müraciət etməyə
başladılar.
Heydər Əliyevin rəhbərliyi
ilə ordu quruculuğu dövründə
Əliağa Hüseynov
hərbi səfərbərlik
sahəsində çalışırdı
və kifayət qədər peşə biliyinə, təcrübəyə
malik idi. Sonra respublika
hərbi komissarı təyin edildi. Beləliklə, bu məsul
işi ölkə miqyasında icra etməyə başladı.
Hərbçi istedadı, peşəkarlığı
ilə yanaşı, zəngin mənəvi keyfiyyətləri də bu işdə onun uğurunun təminatçısı oldu.
Əliağa Hüseynov dövlətə və dövlətçiliyə daim sadiq olub, Ali Baş Komandana sədaqətlə xidmət edib. Onun üçün nizam-intizam, vəzifə borcu hər şeydən yüksəkdə dayanıb. Tələbkarlığı da, israrçılığı da yaxşı bacarıb.
Vətənini qəlbən sevməyən insandan heç zaman cəsur hərbçi olmaz! General Hüseynov vətəni özü sevməklə yanaşı, gənclərə sevdirməyi də, torpağı fədakarlıqla qorumağa istiqamətləndirməyi də bacarıb. Bu günkü Azərbaycan əsgəri həm də dönməz vətənpərvərdir. Vətənə, xalqa sevgisini, cəsarət və peşəkarlığını aprel müharibəsində bir daha sübuta yetirdi. Gənclərin, xüsusən məcburi köçkün və şəhid övladlarının özlərinə zabit peşəsi seçərək orduya gəlmələri, işğal altındakı torpaqların azad edilməsində ön sırada durmaları deyilənlərə sübutdur.
Əliağa müəllim xeyirxah və təmənnasızdır. O, ədalət hissini daim hər şeydən uca tutub. Deputatlıq dövründə dəfələrlə hərbi komissar kimi ona müraciət etmişik. Xahişimizin qanuni olduğunu duyan kimi: “Adını, soyadını söyləyin” - deməklə təkrar minnətə imkan verməyib. Onda bir general alicənablığı da var: heç zaman etdiyini kiminsə başına qaxmayıb və borclu salmağa çalışmayıb. Prinsipiallıq tələb edilən məqamlarda isə mövqeyindən bir addım da geriyə çəkilən deyil!
Əliağa müəllim Milli Məclisdə də böyük hörmət, nüfuz sahibidir. Sadə və səmimi davranışı ilə hamının məhəbbətini qazanıb. Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin ən fəal üzvlərindəndir. Bəzən qızğın, hətta qapalı müzakirələr gedir (Hərbi sirr hər yerdə qorunmalıdır). Belə vəziyyətdə hamımız Əliağa müəllimin mükəmməl biliyinə və təcrübəsinə güvənirik. O, nəyin necə olduğunu, bu məqamda hansı addımın zəruriliyini incələyir. Hamımız onun dedikləri ilə razılaşırıq! Çünki vətənpərvər general dövlətə və dövlətçiliyə sədaqətini də, məhəbbətini də dəfələrlə, dönə-dönə sübuta yetirib!
General Əliağa
Hüseynovun yetmiş
yaşı tamam olur. Ona baxanda inanmağın
gəlmir. Hərbçi vərdişi, nizam-intizama
sadiqliyi və fiziki imkanları onu qat-qat cavan
göstərir. Deməli, Əliağa
müəllim hələ
uzun müddət sırada qalacaq, vətənə və xalqa fayda verəcək.
Lazım gələndə
hərbi biliyindən və məharətindən
istifadə də olunacaq!
Bəli, Əliağa Hüseynov kimi əsl generallar
hər zaman yetişmir.
Bəxtiyar SADIQOV
Azərbaycan.-
2016.- 16 dekabr.- S.7.