Əddis-Əbəbədə keçirilən xeyriyyə tədbirində Azərbaycan stendi böyük maraqla qarşılanıb

 

Azərbaycanın Efiopiyadakı səfirliyi Əddis-Əbəbə şəhərində hər il ənənəvi olaraq keçirilən xeyriyyə bazarında iştirak edib.

Həcminə ziyarətçi sayına görə dünyada təşkil olunan ən böyük xeyriyyə bazarlarından biri hesab edilən Əddis-Əbəbə xeyriyyə bazarı artıq 21 ildir təşkil olunur. On mindən artıq ziyarətçisi olan bu tədbirə bu il 100-ə yaxın diplomatik nümayəndəlik Afrikada fəaliyyət göstərən müxtəlif şirkətlər qatılıblar. Xeyriyyə bazarı BMT-nin Əddis-Əbəbədəki mənzil-qərargahında keçirilib.

Böyük sayda ziyarətçinin diqqətini cəlb edən Azərbaycan stendinin tərtibatında ölkəmizin qədim tarixi abidələrini, müasir infrastrukturunu, turizm potensialını özündə əks etdirən fotoşəkillər, milli suvenirlər, xalçalar, mədəniyyətimiz tolerantlığımız haqqında müxtəlif materiallardan istifadə olunub.

Xeyriyyə bazarında Azərbaycan şirkətlərinin istehsalı olan müxtəlif meyvə şirələri, şərablar, bitki yağları, qənnadı məhsulları, müxtəlif çeşidli mürəbbələr, çay növləri Azərbaycan mətbəxinin ləziz təamları olan dolma, paxlava, Qarabağ kətəsi, Şamaxı mütəkkəsi xeyriyyə bazarı ziyarətçilərinin xüsusi marağına səbəb olub.

Azərbaycan stendi ziyarətçilərlə yanaşı, media nümayəndələrinin diqqətini cəlb edib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2016.- 16 dekabr.- S.7.